Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan silahlı qüvvələrinin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirilib VİDEO

Bakı, 14 iyul, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 14-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs - Xocalı sakini Fərman Məmmədov ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş soyqırımdan bir gün sonra - fevralın 27-də girov götürüldüyünü bildirib. Həmin vaxt 10 yaşı olan zərərçəkmiş girov götürülən zaman bir nəfərin güllələnməsinin şahidi olduğunu söyləyib. F.Məmmədov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib ki, onlar 10 gün girovluqda saxlanılıb. Həmin müddətdə özü də daxil olmaqla, bütün azərbaycanlı girovlar döyülüb, işgəncələrə məruz qalıblar.

Zərərçəkmiş Məhərrəm Nəcəfov ifadəsində Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin şəhərə bir neçə istiqamətdə hücuma keçdiyini deyib. O və digər sakinlər girov götürülüb. “Məndən başqa, ailəmizin daha 5 üzvü girov götürülmüşdü: atam Əli Nəcəfov, anam Ziba Nəcəfova, bacım Adilə Nəcəfova, qardaşlarım Etibar və Vüqar. Qardaşım 43 gün girovluqda qaldı”, – deyə o vurğulayıb.

Deyib ki, girov götürülən kimi ermənilər avtomat silahının qundağı ilə başından vuraraq onu yerə yıxıblar. Təxminən 30-40 nəfər digər azərbaycanlı ilə birlikdə onları döyə-döyə Xocavənd şəhərinə gətiriblər. Xankəndidə 21 gün ac-susuz saxlanılıb. Martın 18-də Azərbaycan tərəfinə təhvil verilib.

Rasim Həsənov ifadəsində 1993-cü il sentyabrın 23-də Ağburun istiqamətində əsir götürüldüyünü söyləyib. O, Xocavənd rayon təcridxanasında, Şuşa həbsxanasında, Xankəndi müvəqqəti saxlama təcridxanasında və Xankəndi Şəhər Uşaq Xəstəxanasında saxlanılıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında deyib ki, əsirlikdə ona işgəncələr verilib, qızıl dişləri kəlbətinlə çıxarılıb və digər formada əzablara məruz qalıb. 1995-ci il dekabrın 11-də Azərbaycana təhvil verilib.

Süleyman Hüseynov ifadəsində yaşadığı Ağdam rayonunun Qiyaslı kəndinin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən tank və avtomat silahlarla atəşə tutulduğunu deyib. Avtomat silahının qundağı və təpiklə onu, eləcə də digər sakinləri vəhşicəsinə döyüblər. Ermənilər onu, kənd sakinlərindən Qalibi, həyat yoldaşı Gülsəbanı, İsanı, Rüxsarəni, Cəbrayılı və daha 10-15 nəfəri döyə-döyə “VAZ” avtomobilinə mindiriblər. Onlar həmin vaxt işğal altında olan Ağdam rayonunun Cinli kəndində bir tövləyə salınıblar. Orada onları 3-4 gün saxlayıb, yemək və su vermədən dəhşətli işgəncələrə məruz qoyublar. Oğlanlarına və anasına onun gözləri qarşısında işgəncələr verilib. Girovluqda olarkən Xocalıda və Ağdam şəhərində də saxlanılıblar.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, girovluqda olarkən sol çiyninə avtomat silahının qundağı ilə endirilən möhkəm zərbələr nəticəsində xəsarət alıb.

Digər zərərçəkmiş – S.Hüseynovun oğlu Cəmaləddin Hüseynov ifadəsində girov götürülərkən başının arxasından avtomat qundağı ilə aldığı zərbədən huşunu itirdiyini deyib. Həmin vaxt onun 12 yaşı olub. O, Əsgəranda, Xankəndidə və Şuşa həbsxanasında saxlanılıb. Girovluq zamanı ona və digər girovlara işgəncə verilib. Şuşa həbsxanasında əsir və girovlara işgəncə verənlərdən “Alyoşa” və “Mak” kimi çağırılan ermənilərin adlarını xatırlayıb.

Gülcamal Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal edən zaman yaşadıqları Günəşli kəndindən yük maşını ilə çıxdıqlarını bildirib. Maşında 24 nəfər olub. “Tunel”in çıxışında yük maşını atəşə tutulub. Avtomobildəki azərbaycanlı mülki şəxslərin əksəriyyəti yaralanıb. G.Hacıyeva həmin vaxt hamilə imiş. O, övladını girovluqda dünyaya gətirib. Baxımsızlıq və şəraitsizlikdən xəstələnən və inkişafdan qalan övladı girovluqdan xilas olunduqdan sonra vəfat edib. Həmin vaxt digər qohumları ilə yanaşı, iki qardaşı da girov götürülüb. Qardaşlarından biri Şuşa həbsxanasında döyülməsi nəticəsində görmə qabiliyyətini itirib.

O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında deyib ki, Xankəndidə uşaq xəstəxanasında, daha sonra isə uşaq bağçasında saxlanılıb. Həmin vaxt əsirlikdə və girovluqda ölən azərbaycanlıların meyitlərini gördüyünü, meyitlərin maşınla aparılmasına şahid olduğunu söyləyib. Bildirib ki, girovluqda saxlanılarkən ona və digər əsir və girovlara işgəncə verilib. İşgəncə verənlərdən Gena Vaskanyanın adını xatırlayır. İlyarımdan sonra Azərbaycana təhvil verilib.

Namiq Qarayev ifadəsində 1993-cü ilin sentyabr ayında Azərbaycanın suveren ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlər zamanı əsir götürüldüyünü bildirib. O, əsirlikdə olduğu müddətdə işgəncələrə məruz qaldığını deyib. Əvvəlcə Şuşa həbsxanasında saxlanılıb, sonra Xocavənd rayonunun Ağbulaq kəndinə aparılıb və orada ona işgəncələr verilməkdə davam edib. O və digər əsirlər, həmçinin ferma tikməyə məcbur edilib. Onlar bir neçə ay orada saxlanılıb və fiziki işgəncələrə, ləyaqətlərini alçaldan rəftara məruz qalıblar. Xankəndi Şəhər Xəstəxanasında bir aya yaxın müalicə edildikdən sonra 1995-ci il avqustun 23-də o və Hidayət adlı azərbaycanlı Azərbaycan tərəfinə təhvil verilib.

Zərərçəkmiş Valeh Hüseynov qohumları ilə Xocalıda yaşadığını, soyqırımı zamanı güllə yarası alaraq girov götürüldüyünü deyib. Hadisə barədə danışan Valeh Hüseynov bildirib ki, həyat yoldaşı Ermənistan silahlı qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib. O, həyat yoldaşının meyitini qoyub getməyib. Nəticədə yaralanıb və girov götürülüb.

Həmçinin soyqırımı zamanı mülki şəxslərin qarşısının hərbi texnika ilə kəsilməsinin, onların atəşə tutulmasının, öldürülməsinin şahidi olduğunu diqqətə çatdırıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında deyib ki, Əsgəranda girovluqda olarkən ona və digər girovlara işgəncə verilib. Gitara ifaçısı olduğunu biləndən sonra kəlbətinlə onun dırnaqları çıxarılıb, barmaqları sındırılıb, əli sobaya salınıb. Ona və digər girovlara işgəncə verənlərdən Manvel, Qarik, Slavik və digərlərinin adlarını xatırlayır. İyirmi yeddi gündən sonra Azərbaycana təhvil verilib.

Mahir Qarayev isə ifadəsində Horovlu kəndində 6 nəfərlə birlikdə əsir götürüldüyünü bildirib. Əsirlikdə ona müxtəlif işgəncələr verilib, qeyri-insani rəftara məruz qalıb.

Xəlil Hadıyev 1994-cü il aprelin 18-də girov götürüldüyünü söyləyib. Xankəndiyə aparılaraq işgəncələrə məruz qalıb. 1994-cü ilin sentyabr ayında 6 nəfər azərbaycanlı ilə birlikdə girovluqdan qaçıb.

Elxan Ələkbərov ifadəsində 1992-ci il fevralın 12-də Kəlbəcərdə əsir götürüldüyünü qeyd edib. Əsirlikdə olduğu 1 il 10 ay müddətində onunla çox pis davranılıb, işgəncələrə məruz qoyulub. İşgəncə vermiş ermənilərdən Slaviki və Kareni xatırlayır.

Etibar Abışov ifadəsində yaşadığı Ağdam rayonunun Tərnöyüt kəndində girov götürüldüyünü bildirib. Əsgəranda və Şuşada saxlanılıb, işgəncələrə məruz qalıb. Bir ay 4 gün sonra azad edilib. O, dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında girovluq müddətində məcburi əməyə cəlb olunduğunu da bildirib.

Nahid Həmidov ifadəsində vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib, noyabrın 10-da Ermənistan silahlı qüvvələri tərəfindən Nurlan adlı hərbçi ilə birlikdə əsir götürülüb. 34 gün əsirlikdə saxlanılıb. Əsirlik müddətində onlara müxtəlif işgəncələr verilib. Hazırda ikinci qrup əlildir. “Ayaqyoluna gündə bir dəfə gedirdim. Çünki döyə-döyə aparırdılar. Əsirlikdə olduğum müddətdə iki və ya üç dəfə hamama aparıldım. Həmin vaxt da suya elektrik cərəyanı verirdilər”, - deyə o bildirib.

Məhkəmədə, həmçinin Nahid Həmidov və Nurlan Əlizadə əsir götürülərkən verilən işgəncələrlə bağlı ermənilərin özlərinin çəkdikləri videokadrlar nümayiş etdirilib.

Ardınca zərərçəkmiş şəxs Nurlan Əlizadə ifadə verib. O, özündən əvvəl ifadə vermiş N.Həmidovun dediklərini təsdiqləyib. Bildirib ki, onları əsir götürən ermənilərin sayı təxminən 10 nəfər olub. “Verilən işgəncələr nəticəsində başımdan xəsarətlər almışam, burnum sındırılıb, ayağımda xəsarətlər var. Vətən müharibəsində yaralanmamışdım, amma əsirlikdə xəsarətlər aldım. İşgəncələr, verilən əzablar nəticəsində orada olan müddətdə övladımın adını da yadımdan çıxartmışdım”, - deyə o əlavə edib.

Tərlan Pənahov ifadəsində Daşkəsən rayonunda hərbi xidmətdə olarkən 1995-ci ildə əsir götürüldüyünü deyib. 10 gün sonra Azərbaycana təhvil verilib. Əsirlikdə işgəncələr və döyülmə nəticəsində aldığı xəsarətlərə görə hospitalda müalicə olunub.

Aydın Gülmalıyev ifadəsində qeyd edib ki, 2021-ci il yanvarın 29-da Laçında hərbi xidmət keçərkən hərbçi yoldaşı Cavidan Qasımovla birlikdə dumanda yolu azıb, nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb.

Onlar İrəvan şəhərinə aparılıb. Əsirlikdə olarkən o və hərbçi yoldaşı təhqir edilib, döyülüb, işgəncələrə məruz qalıb. Yanvarın 31-də Azərbaycan tərəfinə təhvil verilib.

İsmət Əzizov ifadəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin sakinlərinin kənddən 3 kilometr aralıda kahalara sığındığını, 1993-cü il aprelin 18-də Ermənistan silahlı qüvvələri hərbçilərinin kahalarda olan mülki şəxslərin 12 nəfərini öldürdüyünü, 14 nəfərini isə girov götürdüyünü qeyd edib.

Məzahir Abbasquliyev Başlıbel kəndində baş verənlərlə bağlı İ.Əzizovun dediklərini təsdiqləyib, əlavə edib ki, hadisə zamanı boğazından yaralanıb.

Nazim Bayramov ifadəsində 1991-ci il dekabrın 26-da yaşadığı Əmirallar kəndi istiqamətində girov götürüldüyünü bildirib. Girov saxlanıldığı 12 gün müddətində vəhşicəsinə döyülüb, ona və digər azərbaycanlı girov və əsirlərə işgəncələr verilib.

Vidadi Hüseynov və Məhərrəm Nuriyev ifadələrində 1991-ci il avqustun 29-da yaşadığı Füzuli rayonunun Aşağı Veysəlli kəndində digər həmyerliləri ilə birlikdə düşmənin 11-12 silahlısı tərəfindən girov götürüldüyünü deyiblər. Döyülüblər, işgəncələrə məruz qalıblar. Sentyabrın 5-də Azərbaycan tərəfinə təhvil veriliblər.

Vaqif Məmmədov və İntiqam Teymurov onların dediklərini və ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyiblər.

Gülnarə Soltanova ifadəsində 1993-cü il oktyabrın 30-da düşmən tərəfindən girov götürüldüyünü, işgəncələrə məruz qaldığını, 5 ay 8 gün sonra Azərbaycana təhvil verildiyini diqqətə çatdırıb.

İfadə verən digər zərərçəkmiş şəxslər Eldar Babayev, Natiq Abbasov, Elbrus Əhmədov, Rövşən Nuriyev, Ədalət Nəsibov, Nizami Rzayev, İbrahim Quliyev və Ziyəddin Quliyev müxtəlif vaxtlarda Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürüldüklərini, müxtəlif işgəncələrə məruz qaldıqlarını deyiblər. Onlardan Z.Quliyev uzun müddət İrəvanda saxlanılıb. O, girovluqda 1 il 7 ay saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

Emin Yaqubov ifadəsində 1990-cı il martın 7-də rus hərbçilərin müşayiəti ilə Qafan şəhərinə rabitə xəttini düzəltmək üçün gedərkən girov götürüldüyünü bildirib. O, orada döyülüb, daha sonra milis idarəsinə aparılıb və orada yenidən döyülüb. “Keçmiş sovet hərbçilərinə deyirdilər ki, türkləri buraya niyə gətirmisiniz?”, - deyə E.Yaqubov ifadəsində bildirib. O, səhəri gün azad edilib.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi iyulun 17-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistan silahlı qüvvələrinin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH