Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaralanmış, evləri dağıdılmış, əsir və girovluqda olmuş 60-dan çox zərərçəkmiş şəxs məhkəmədə ifadə verib VİDEO

Bakı, 24 iyul, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 24-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Əhəd Əliyev ifadəsində 1990-cı il yanvarın 3-də Xocavənd rayonunun Axullu kəndində ermənilər tərəfindən girov götürüldüyünü deyib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında təxminən 6 günlük girovluq zamanı döyüldüklərini, təhqir olunduqlarını bildirib.

Bəhman Məhərrəmov ifadəsində 1991-ci il sentyabrın 6-da Xankəndi şəhəri və Xocalı rayonu arasındakı Həsənabad kəndində Hüseyn Novruzov və Şahin Hüseynovla birlikdə ermənilər tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində işgəncələrə məruz qaldıqlarını qeyd edib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında 85 gün sonra əsirlikdən qaçdıqlarını vurğulayıb.

Səfər Əliyev Cocuq Mərcanlı kəndində, Firdovsi Quliyev və Aydın Verdiyev Ağdamda minaya düşərək xəsarət aldıqlarını diqqətə çatdırıblar.

Natiq Mamedov ifadəsində 2021-ci il noyabrın 29-da “Mirakl Dent” MMC-nin yük avtomobilinin sürücüsü qismində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Mehdili kəndində minaya düşərək xəsarət aldığını söyləyib.

Şəmistan Bayramov 2020-ci ildə baş vermiş 44 günlük müharibənin ilk günündə - sentyabrın 27-də yaşadığı Ağcabədi rayonunda həyətinə mərmi düşməsi nəticəsində xəsarət aldığını deyib.

Faiq Abışov ifadəsində qardaşı Əmrah Abışovun Vətən müharibəsində şəhid olduğu ərazini görmək üçün gedərkən minaya düşdüyünü, nəticədə xəsarət aldığını söyləyib. Qeyd edib ki, hadisə 2024-cü il yanvarın 21-də baş verib.

İrşad Quliyev ifadəsində 2023-cü il sentyabrın 24-də Ağdamın Abdal kəndində minaya düşərək xəsarət aldığını bildirib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Yunis İsmayılov ifadəsində 2023-cü il sentyabrın 7-də Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək sağ ayağını itirdiyini qeyd edib.

Həmin vaxt onunla birlikdə xəsarət alaraq yaralanmış Ruhin Novruzov Y.İsmayılovun ifadəsində qeyd etdiyi halları təsdiqləyib.

Şahbaz Hüseynov ifadəsində 1990-cı il yanvarın 10-da yaşadığı Xocavənd rayonunda girov götürüldüyünü, Xankəndiyə aparıldığını, döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında həmin il yanvarın 24-də girovluqdan qaçdığını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Azər Quliyev ifadəsində 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ailəlikcə rayondan çıxan zaman “Tunel” adlandırılan ərazidə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını diqqətə çatdırıb. Həmin vaxt o, 7 güllə yarası alıb və girov götürülüb. Hadisə zamanı yaralanmış körpə bacısının isə öldüyünü bildiriblər. Bacısının sonrakı taleyindən 33 ildir məlumat ala bilmir.

Murad Sultanov ifadəsində 1991-ci ilin fevralında Ağdamdan Xocavənd istiqamətində “QAZ-53” markalı avtomobillə gedərkən qardaşının körpə qızı ilə birlikdə girov götürüldüyünü deyib. Körpə bir evdə saxlanılıb, özü isə başqa yerdə döyülüb, işgəncələrə məruz qalıb. Üç gündən sonra azad olunub.

Rəşad Quliyev ifadəsində 2023-cü il sentyabrın 20-də antiterror əməliyyatı zamanı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı mərminin partlaması nəticəsində yaralandığını söyləyib.

Rəhim Abışov ifadəsində 1991-ci il dekabrın 22-də Tərtər rayonunda girov götürüldüyünü, işgəncələrə məruz qaldığını deyib.

Ayxan Mamedov 2021-ci il fevralın 4-də Ağdamda minaya düşdüyünü bildirib. O, hadisə zamanı özü ilə birlikdə 5 nəfərin xəsarət aldığını xatırlayıb.

Məcid Adıgözəlov 1990-cı il mayın 19-da kolxozda işləyən vaxt Xocavənd rayonunun Binədərəsi kəndi yaxınlığında girov götürüldüyünü bildirib. O, girovluqda üç gün saxlanılıb. Girovluqda olduğu zaman vəhşicəsinə döyülüb, işgəncələrə məruz qalıb. Həmin vaxt aldığı xəsarətlərə görə səhhətinə zərər dəyib, nəticədə yaddaş problemi yaranıb.

Vaqif Əliyev ifadəsində 1993-cü il iyulun 29-da Ağdamda əsir götürüldüyünü, avqustun 23-də azad olunduğunu qeyd edib. Əsirlikdə olduğu müddətdə döyülüb, işgəncələrə məruz qalıb.

Zərərçəkmiş şəxslər Elməddin Mirzəyev və Babək Abdunov Ermənistan silahlı qüvvələrinin basdırdığı minaların partlaması nəticəsində yaralandıqlarını bildiriblər.

Digər zərərçəkmiş şəxslər Fazilə Hacıyeva, Baloğlan Salmanov, Azər Musayev, Səmiyəddin Əsgərov, Ziyad Cəfərov, Rafiq Quliyev müxtəlif vaxtlarda Ermənistan silahlı qüvvələri tərəfindən girov, Qabil Süleymanov, Fərhad Fərhadov, Altay Abdullayev, Ərəstun Kərimov, Rizvan Əsədov, Rafiq Paşayev, Mehman Bayramov isə müxtəlif tarixlərdə əsir götürüldüklərini bildiriblər. Onların hər biri döyülüb, işgəncələrə məruz qalıb.

Malik İsfəndiyarov, Elgiz Qarayev, Eşqin Allahyarov, Tağı Adıgözəlov, Rəhbər Məmmədov, Vaqif Hüseynov, İlham Abdullayev, Pərvin Orucov, Qabil Yusifov, Oruc Hüseynov, Samir Sadıqov, Samir Əmirov, İsmayıl Poladov isə ayrı-ayrı vaxtlarda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralandıqlarını bildiriblər.

Zərərçəkmiş digər mülki şəxslər - Maxruq Məmmədova (2020-ci il sentyabrın 27-də) və Bəxtiyar İbrahimov (2016-cı ildə Aprel döyüşləri zamanı) Ermənistan silahlı qüvvələrinin atdığı mərmilərin partlaması nəticəsində evlərinin zərər gördüyünü qeyd ediblər.

İxtiyar Rəhimov ifadəsində 2016-cı ildə Aprel döyüşləri zamanı Ağdamda yaşadığı evə Ermənistan silahlı qüvvələrinin atdığı mərminin düşdüyünü bildirib. Nəticədə evə zərər dəyib, qızı isə hadisə zamanı keçirdiyi qorxu və stresdən iflic olub, hələ də müalicə alır.

Mirmövsüm Eynalov ifadəsində 44 günlük müharibə zamanı iki dəfə yaralandığını söyləyib.

Bəxtiyar Nağıyev ifadəsində 1994-cü ildə yaralı vəziyyətdə əsir götürüldüyünü, Şuşada 1 il 10 ay saxlanıldığını deyib. Əsirlikdə işgəncələrə məruz qalıb, qeyri-qanuni olaraq işlədilib. Şuşa avtobazasında işlədilən zaman digər azərbaycanlılarla birlikdə əsirlikdən qaçıb.

Digər zərərçəkmiş şəxslər Dilşad Quliyeva, Arif Quliyev, Ülfət Abbasov, Güllər Hüseynova, Məhəmməd Vəliyev, Bahar Sultanova, Ələkbər Məmmədov, Adil Məmişov, Zöhrab Teymurov, Əkbər Əkbərov, Zibər İbrahimova Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində müxtəlif vaxtlarda zərər çəkdiklərini bildiriblər.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaralanmış, evləri dağıdılmış, əsir və girovluqda olmuş 60-dan çox zərərçəkmiş şəxs məhkəmədə ifadə verib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH