Xaçmaz-Quba yolunda minik avtomobilləri toqquşub, ölən və yaralananlar var VİDEO
Xaçmaz, 30 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz -Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində “Range Rover” və “Volkswagen” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində Xaçmaz şəhər sakini 45 yaşlı Fətullayev Firuz həlak olub. Xəsarət alan Quba rayonu Susayqışlaq kənd sakinləri Ələkbərov Ələkbər və Əliyev Əşrəf Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Qəza səbəbindən Xaçmaz-Quba yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.