Kürdəmirdə yol qəzası ölümlə nəticələnib VİDEO
Kürdəmir, 30 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə səhər saatlarında şəhər ərazisində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirərək əvvəlcə qarşısında hərəkətdə olan digər minik maşınına, daha sonra isə yol kənarında yerləşən avtomobil ehtiyat hissələri dükanına çırpılıb.
Qəza nəticəsində sürücü Rüstəm İsmiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Hadisənin dəqiq başvermə səbəbləri və ölümün detalları araşdırmalardan sonra məlum olacaq.