Keçmiş məcburi köçkün: 32 ildən sonra yenidən Məmmədbəyliyə qayıtmaq xoşbəxtlikdir VİDEO
Bakı, 28 noyabr, AZƏRTAC
Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Allaha şükür olsun ki, bu günləri görmək bizə nəsib oldu, bu, böyük xoşbəxtlikdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Qasım Orucov söyləyib.
O bildirib ki, 32 ildən sonra yenidən doğma yurdumuza, gözəl kəndimiz olan Məmmədbəyliyə qayıdırıq.
"Dövlətimizə və hökumətimizə dərin təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Məhz şəhidlərimizin, qazilərimizin və dövlətimizin başçısının sayəsində bu torpaqlar yenidən öz sahiblərinə qayıdıb",- deyə Q.Orucov vurğulayıb.