Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO
Qəbələ, 7 fevral, Mustafa Dadaşov, foto İlkin Cavanşirov, AZƏRTAC
Mən yay aylarında Qəbələdə keçirilən musiqi festivallarında çox iştirak etmişəm. Çox sevinirəm ki, artıq ölkəmizdə qış aylarında da belə gözəl festivallar keçirilir. Bu gözəlliyi, qarı görmək, bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Aytac Şıxalizadə Qəbələdə jurnalistlərə müsahibəsində deyib.
Vokal ifaçısı bildirib ki, istər Avropa səhnələrində, istərsə də Azərbaycanın konsert salonlarında çıxış etmək musiqiçiyə böyük ruh verir. “İnanıram ki, “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının tədbirləri Avropa səhnələrindəkindən də möhtəşəm keçəcək. Ona görə həmkarlarıma da deyirəm: biz musiqini insanlara elə çatdırmalıyıq ki, onlar həzz alsınlar”,- deyə Aytac Şıxalizadə vurğulayıb.