Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə 17 məsələ müzakirə olunub, bir sıra qanun layihələri qəbul edilib YENİLƏNİB VİDEO

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasda 17 məsələnin müzakirə ediləcəyini nəzərə çatdırıb. O bildirib ki, ilk iki məsələ üçüncü oxunuşda olan qanun layihələridir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib. Bildirib ki, layihə bir sıra sahələrdə Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi ilə bağlı hazırlanıb. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.

Komitə sədri birinci və ikinci oxunuşda layihə ilə bağlı komitəyə heç bir təklifin daxil olmadığını bildirib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib. Bu qanun layihəsi də üçüncü oxunuşda qəbul olunub.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Dördüncü məsələ olan “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihə haqqında birinci oxunuşda ətraflı məlumat verildiyini və layihə ilə bağlı heç bir təklif və qeydin daxil olmadığını deyib. Layihə ikinci oxunuşda qəbul olunub.

Növbəti məsələ - “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (ikinci oxunuş) haqqında da Azər Əmiraslanov bildirib ki, sənədlə bağlı birinci oxunuşda ətraflı məlumat verilib. O xatırladıb ki, dəyişikliklərdə Ələt Azad İqtisadi Zonasında istehsal və ya kifayət qədər emal olunmuş malların ölkənin əsas iqtisadi ərazisinə, yəni əsas iqtisadiyyata gətirilməsinə müəyyən şərtlər əsasında gömrük güzəştinin tətbiq olunması nəzərdə tutulur. Komitə sədri bu gömrük güzəştinin tətbiqi şərtlərini diqqətə çatdırıb. Sənəd ikinci oxunuşda qəbul olunub.

Gündəliyin altıncı məsələsi olan Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, sənəd əsasən iqtisadi fəaliyyət sahəsi, o cümlədən qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı olan cinayətlərlə bağlıdır. O, həmçinin Cinayət Məcəlləsində "Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama" adlı 208-ci maddənin ləğvini də mütərəqqi dəyişiklik kimi vurğulayıb. Layihə ikinci oxunuşda qəbul olunub.

Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov məlumat verib.

Bildirilib ki, layihə Azərbaycan Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"ndan irəli gələn tapşırıqların icrasına xidmət edir. Qanun layihəsi avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün zəruri normativ hüquqi, texnoloji və institusional bazanın yaradılması məqsədilə hazırlanıb. Layihə ikinci oxunuşda qəbul olunub.

Gündəliyin səkkizinci məsələsi olan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov təqdim edib.

Bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunda mopedlərin dövlət qeydiyyatına alınması, onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin "A1" kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən edilib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin qalan doqquz məsələsi birinci oxunuşda olan qanun layihələridir. Növbəti beş məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və onların dördü mahiyyətcə bir-birinə yaxındır. Bildirilib ki, bu dörd məsələ və 13-cü məsələ ilə bağlı iclasda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, Milli Kibertəhlükəsizlik Agentliyi İdarə Heyətinin sədri Fərid Zeynalov, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və Agentliyin Hüquq departamentinin müdiri Kaul Məmmədov dəvət olunublar. Beləliklə, növbəti 4 məsələnin təqdimatları və müzakirələri birgə, səsvermələri ayrı-ayrı keçirilib. Onların birgə təqdimatını İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov edib.

Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş innovativ fəaliyyətin dəstəklənməsinə dair qanun layihələri dövlətimizin rəqəmsal və texnoloji inkişafın yeni mərhələsi üzrə təşəbbüslərini və strateji hədəflərini özündə əks etdirir. O, bu sənədləri bir-biri ilə sıx bağlı olan, vahid innovasiya zəncirinin hüquqi təminatını yaradan inteqrə edilmiş qanunvericilik paketi kimi dəyərləndirib.

Ölkəmizdə qurulmaqda olan vahid rəqəmsal inkişaf arxitekturasını vurğulayan komitə sədri bildirib ki, innovasiyaların dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ölkənin düşünülmüş, müasir çağırışları nəzərə alan uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. O, Prezident İlham Əliyevin rəqəmsal inkişafı dövlətimizin gələcəyini müəyyən edən mühüm amil kimi qiymətləndirdiyini xatırladaraq, təqdim olunan qanun layihələrinin bu strateji baxışın qanunvericilik müstəvisində həyata keçirilməsinə xidmət etdiyini deyib.

Komitə sədri bildirib ki, gündəliyin 9-cu məsələsi olan “Kraudfandinq haqqında” Qanun layihəsi innovasiya layihələrinin yeni maliyyələşmə mexanizmini hüquqi müstəviyə gətirir. Kraudfandinq vasitəsilə sahibkarlar, xüsusilə startaplar və kiçik biznes subyektləri çoxsaylı investorlardan rəqəmsal platformalar üzərindən vəsait cəlb edə biləcəklər.

10-cu məsələ olan Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 12 normativ-hüquqi akta dəyişiklikləri nəzərdə tutmaqla “Kraudfandinq haqqında” qanun layihəsinin qəbul edilməsindən sonra onun tətbiqi üçün zəruri və tamamlayıcı hüquqi baza yaradır.

Gündəliyin 11-ci məsələsi olan Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 6 normativ akta dəyişiklikləri təklif etməklə, mahiyyətcə innovativ sahibkarlığın maliyyələşdirilməsi üçün müasir investisiya və korporativ idarəetmə mexanizmlərini milli qanunvericiliyə gətirir.

Gündəliyin 12-ci məsələsi olan Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də 6 normativ akta dəyişikliklər təklif etməklə, innovasiya, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində çoxşaxəli güzəştlər və təşviqlər nəzərdə tutur.

Azər Əmiraslanov sonda vurğulayıb ki, təqdim edilən qanunvericilik paketi Azərbaycanın innovasiya əsaslı inkişaf modelinə keçidində mühüm hüquqi mərhələ olmaqla innovativ sahibkarlığın maliyyələşdirilməsi üçün yeni imkanlar yaradacaq və milli iqtisadiyyatımızda ciddi keyfiyyət dəyişikliklərinə təkan verəcək.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 10-cu, 11-ci və 12-ci məsələlərə dair, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 11 və 12-ci məsələlərə dair komitələrinin rəylərini təqdim ediblər.

Sonra qanun layihələrinin dördü də ayrı-ayrı səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O bildirib ki, qanun layihəsi ölkəmizin rəqəmsal inkişaf strategiyasında yeni mərhələnin hüquqi əsaslarını müəyyənləşdirir. Qeyd olunub ki, müasir dövrdə rəqəmsal suverenlik, enerji sistemləri, bank infrastrukturu, elektron hökumət platformaları, dövlət informasiya ehtiyatları, rabitə şəbəkələri, rəqəmsal xidmətlər və vətəndaşların fərdi məlumatları milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə elektron hökumət quruculuğu, rəqəmsal xidmətlərin genişləndirilməsi, kibertəhlükəsizlik sisteminin formalaşdırılması və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında qəbul olunan qərarlar yeni rəqəmsal suverenlik siyasətinin sistemli xarakter daşıdığının bariz nümunəsidir.

Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Nəzərə çatdırılıb ki, layihə neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanının yaradılması məqsədilə hazırlanıb. Sənədə əsasən, ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq və onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Azər Əmiraslanov Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) mahiyyətindən bəhs edib.

Bildirilib ki, qanun layihəsi ölkəyə idxal olunan qeyri-qida istehlak mallarının təhlükəsizlik göstəricilərinə görə texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə müşayiət olunmasını təmin etməyi nəzərdə tutur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov daha sonra “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Bildirilib ki, dəyişikliyə əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər təklifləri ilə birlikdə icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri barədə əsaslandırılmış müraciətlərini satınalma komissiyasına təqdim edə bilərlər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib.

Bildirilib ki, layihədə təklif olunan dəyişikliklər ölkəmizdə sığorta sisteminin inkişafına, sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə və beynəlxalq normalara uyğunlaşdırılmasına xidmət edir. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisdə 17 məsələ müzakirə olunub, bir sıra qanun layihələri qəbul edilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH