Vüsal Qasımlı: Rəqəmsal arxitekturalar vahid konsepsiya əsasında formalaşdırılır VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycanda formalaşdırılan rəqəmsal arxitekturaların hər biri öz funksiyasını yerinə yetirsə də, onların hamısı informasiya təhlükəsizliyi ilə bağlı qəbul edilmiş vahid konsepsiyaya əsaslanır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” adlı dəyirmi masada səsləndirib.
O bildirib ki, yaradılan bütün rəqəmsal həllər və sistemlər ayrı-ayrı istiqamətlər üzrə fəaliyyət göstərsələr də, vahid yanaşma çərçivəsində bir-biri ilə əlaqələndirilir. Bu yanaşma rəqəmsal ekosistemin dayanıqlılığının, səmərəliliyinin və informasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
V.Qasımlının sözlərinə görə, vahid konsepsiya əsasında qurulan rəqəmsal arxitekturalar dövlət idarəçiliyində koordinasiyanın gücləndirilməsinə və rəqəmsal transformasiya prosesinin daha effektiv həyata keçirilməsinə imkan yaradır.