AZPROMO: “Invest in Azerbaijan” platforması məlumatlara çıxışı və investisiya dəstəyi alətlərini rəqəmsallaşdıracaq VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
"Invest in Azerbaijan” platforması məlumatlara çıxışı və investisiya dəstəyi alətlərini rəqəmsallaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Slovakiya biznes-forumunda deyib.
O bildirib ki, platforma vasitəsilə investorlara göstərilən xidmətlər təkmilləşdirilir. “Made in Azerbaijan” brendi ixrac və alıcı missiyaları, beynəlxalq sərgilər, bazar araşdırmaları və biznes-forumları vasitəsilə dəstəklənir.
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev