M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Bakı, 11 sentyabr, AZƏRTAC
Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, metronun “Elmlər Akademiyası” və “Nizami” stansiyalarından “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Avtobusların “Elmlər Akademiyası” metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospekti, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.
Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [22:25]
Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
- 14.09.2026 [18:09]
“Azərişıq” rəqəmsal xidmətlərini “mygov” a inteqrasiya edir
- 14.09.2026 [17:31]
Sabahdan paytaxtda marşrut xətlərinə 2530 avtobus cəlb edilir
- 14.09.2026 [17:15]