673 hektardan artıq meşə fondu torpağında aqrotexniki, kimyəvi və mexaniki işlər aparılıb
Bakı, 15 dekabr, AZƏRTAC
Yerli və xarici mütəxəssislərin iştirakı ilə meşə fondu və digər yaşıllıq ərazilərdə monitorinqlər keçirilib, 673 hektardan artıq meşə fondu torpağında aqrotexniki, kimyəvi və mexaniki işlər aparılıb. Monitorinqlərin keçirilməsində məqsəd meşələrin zərərverici və xəstəlik törədicilərindən qorunması və bioloji baxımdan davamlılığının artırılmasıdır.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, son illərdə ölkənin meşə ərazilərində, xüsusən də şimal-qərb bölgəsində əsasən “qəhvəyi mərmər bağacığı” deyilən zərərverici yayılıb və onun sağlam ağaclara zərər verməsi müşahidə olunur.
Həmin səbəbdən bütün regionlar üzrə meşə sahələrində həm qabaqlayıcı tədbirlər görülür, həm də həşəratların yayıldığı ərazilər mexaniki vasitələrlə lokallaşdırılır. Meşələrin zərərvericilərdən qorunması istiqamətində müayinə və müşahidə işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:35]
® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib
- 07.10.2026 [12:01]