Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın ölkəmizdəki səfirliyində olmuş, keçmiş Prezident Eduard Şevardnadzenin vəfatı ilə əlaqədar başsağlığı vermişdir VİDEO
Bakı, 10 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Gürcüstanın ölkəmizdəki səfirliyində olmuşdur.
Dövlətimizin başçısı Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin vəfatı ilə əlaqədar başsağlığı vermiş, matəm kitabına ürək sözlərini yazmışdır.