Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət VİDEO
Xızı, 22 iyul (AZƏRTAC). İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonunda səfərdə olub.
Dövlətimizin başçısı əvvəlcə Xızı şəhərinin mərkəzində salınan Heydər Əliyev parkında Ümummilli Liderin yeni ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.