Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclası keçirilib VİDEO

Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclası keçirilib VİDEO

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib.

Dövlətimizin başçısı Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclasında nitq söylədi.

Prezident İlham Əliyev Bakıda bu görüşün keçirilməsi təşəbbüsünə verdikləri dəstəyə görə iştirakçı ölkələrin rəhbərlərinə təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti bu görüşün olduqca münasib vaxtda - “Cənub” qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi ilində baş tutmasının mühüm əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev görüş zamanı aparılan müzakirələrin, fikir mübadiləsinin layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlı müstəqilliyin ilk illərindən başlayaraq ötən müddətdə reallaşdırılan tədbirləri və layihələri ətraflı xarakterizə etdi. Prezident İlham Əliyev 2011-ci ildə Avropa Komissiyasının ovaxtkı sədri Joze Manuel Barrozu ilə Cənub qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıqlarını, həmin sənəddə Azərbaycanın Cənub qaz dəhlizinə əsas töhfə verən və bu layihəni həyata keçirən ölkə olduğunun əksini tapdığını dedi. Azərbaycan Prezidenti TANAP və TAP layihələrinin Cənub qaz dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm mərhələ olduğunu vurğuladı. “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra - 2014-cü il sentyabrın 20-də Cənub qaz dəhlizinin təməlinin qoyulduğunu bildirdi.

Prezident İlham Əliyev ötən illərdə neft-qaz layihələri ilə əlaqədar qazanılan uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında sıx əməkdaşlığın mühüm rol oynadığını qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, bp-nin əməliyyatçısı olduğu “Şahdəniz” yatağı Cənub qaz dəhlizi üçün əsas resurs mənbəyidir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatının 2,5 trilyon kubmetrdən çox olduğunu deyən Prezident İlham Əliyev Cənub qaz dəhlizinin reallaşdırılması ilə bağlı hasilatçı, tranzit və istehlakçı ölkələr arasında səyləri əlaqələndirməyin vacibliyini vurğulayaraq dedi:

- Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır.

Prezident İlham Əliyev layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlərin müsbət həllini tapacağına və layihənin vaxtında icra olunacağına əminliyini bildirdi, Cənub qaz dəhlizi Məşvərət Şurasına işində uğurlar arzuladı.

Cənub qaz dəhlizinin reallaşmasında Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayan Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviç Avropa İttifaqında enerji birliyinin qurulması ilə məşğul olduğunu və gündəlikdə duran layihə ilə bağlı müzakirələrin siyasi baxımdan daha yüksək səviyyəyə qaldırıldığını dedi. O, Avropanın enerji təhlükəsizliyi üçün mənbələrin və resursların şaxələndirilməsində maraqlı olduğunu bildirdi. Aparılan hesablamalara görə, Avropa İttifaqının idxal etdiyi qazın həcminin gələcəkdə 84 faiz, neft idxalının isə 94 faiz təşkil edəcəyini açıqlayan Maroş Şevçoviç bundan sonra da Avropa İttifaqının üzvü olan bütün ölkələrin enerji təhlükəsizliyi, Avropa enerji sisteminə real inteqrasiya istiqamətində ardıcıl addımların atılacağını bildirdi. O, bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin uğurla və sürətlə həyata keçiriləcəyinə ümidvar olduğunu vurğuladı.

Sonra Məşvərət Şurası gündəlikdə duran məsələlərlə bağlı müzakirələri davam etdirdi.

Tədbirin yekununda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən mətbuat üçün birgə bəyanat imzalandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclası keçirilib VİDEO

Türkiyədə R&D mərkəzlərinin sayı 1292-yə çatıb

BMT-nin İsveçdəki nümayəndəsinə Azərbaycanda keçiriləcək COP29-a hazırlıq prosesi haqqında məlumat verilib

Şifahi imtahandan uğurla keçən hakimliyə namizədlərin siyahısı açıqlanıb

Ötən il Polşa mallarının Ukraynaya ixracı 113 faizdən çox artıb

® “AccessBank” “Cəlilabad” filialında təmir-tikinti işlərinin aparılmasına dair tender elan edir

® Latviya əla biznes partnyorudur

Almaniyadan Kutaisiyə uçan təyyarə Rumıniyada məcburi eniş edib

“Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun təsis iclası

UNEC ilə Abşeron Logistika Mərkəzi əməkdaşlıq edəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ağacəkmə aksiyasına qoşulub

AQTA bəzi ölkələrin qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıyıb

IATA uçuşların təhlükəsizliyini artırmağa çağırıb

Paytaxt məktəblərində idman həftəsi

Fərid Qayıbov: İnanırıq ki, regionlarımızda idmanla məşğul olan gənclərin sayı daha da artacaq

Qırğızıstanda son vaxtlar bəraət hökmlərinin sayı artıb

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bölgələrdə vətəndaşlarla görüşüb

Bakı-Quba Rusiya sərhədi yolunda ölümlə nəticələnən ağır qəza baş verib

AzMİU-nun müəllimi Azad Mirzəcanzadənin adını daşıyan proqramın eksperti seçilib

Çinli voleybolçu: Bakı kiçik Dubaya bənzəyir – MÜSAHİBƏ

Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində oftalmoloji aksiya keçiriləcək

Bakı-Qəbələ-Bakı istiqamətində qatarların sayı artırılacaq

İlin sonun qədərə “Şagird davranış qaydaları” Bakı məktəblərinin hamısında tətbiq ediləcək

Fərid Şəfiyev: Azərbaycanın yeni reallıqlar yaratması bəzi dövlətləri çox narahat edir

Valideynlərin məktəbləri qiymətləndirməsi üçün rəqəmsal sistem yaradılacaq

® “Kapital Bank” “Dünya İnsan Resursları Sammiti 2024”də 2 mükafata layiq görülüb

Bakı məktəblərində nəzarətin gücləndirilməsi üçün elektron sistem yaradılır

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Cəlilabadın bəzi ərazilərində “Azercell”in xidmətlərində çətinliklər olacaq

Aqrar Xidmətlər Agentliyinin sədri Samuxda vətəndaşlarla görüşəcək

DİM rəhbəri: Bu yaxınlarda Azərbaycan dili sertifikatı ilə bağlı imtahan keçirilməsi nəzərdə tutulur

HƏMAS və İsrail atəşkəsin əsas müddəaları üzrə razılığa gəlib

Rasim Balayev: Biz kinonu birliyimizlə yaşatmalıyıq

Ağalıda uşaqların çərşənbə sevinci

Türkiyə kəşfiyyat xidmətinin başçısı Vaşinqtonda Cənubi Qafqazda vəziyyəti də müzakirə edəcək

Məleykə Abbaszadə kişi müəllimlərin azalmasına və gender balansının pozulmasına münasibət bildirib

DİM sədri: Danışıq bloku imtahanını daha kütləvi imtahanlarda tətbiq etmək tezdir

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilir

Pekin daha 100 ağıllı fabrik və emalatxana tikməyi planlaşdırır

Təmiz enerji texnologiyaları dünyada karbon qazı tullantılarının artım sürətini azaldıb

Bələdiyyələrlə bağlı Qanuna dəyişiklik edilir

Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

“Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 44 qanuna dəyişiklik ediləcək

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın iki kino ittifaqı birləşib

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

ABŞ metan çirklənməsini ölçmək üçün orbitə peyk buraxacaq

Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına işgüzar səfərə gedib

Britaniyada Mühafizəkarlar partiyasının reytinqi tarixi minimuma enib

Avstriya Milli Şurasının üzvlərinin Ağdama səfəri başlayıb

Azərbaycan dili üzrə sertifikasiya imtahanı modeli təqdim olunub

Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası 2026-cı ildə Bakıda keçiriləcək

Ekspert: Avtobusun öz marşrut xəttindən kənara çıxması yolverilməzdir

Bosniyalı sabiq hərbçilər əsirlərə qarşı zorakılıqda günahkar bilinib

Respublika Elmi-Texniki Kitabxanasında sərgi: Qadın dünyası

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qubada idman paradı keçirilib

BƏƏ Azərbaycanda keçiriləcək COP29 konfransı ərəfəsində maliyyə səylərini səfərbər edir

Azərbaycan və Braziliya COP29 çərçivəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz olacaq

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 21-ci iclası gələn il Bakıda keçiriləcək

Zaqatala və Balakəndə qaydaları pozan sürücülər barədə inzibati tədbirlər görülüb

Almaniya mətbuatı: Ferstappen “Mercedes” komandasına keçə bilər

Milli Məclisdə ombudsmanın 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi qəbul edilib

Çin bu il hərbi xərclərini 7,2 faiz artırmağı planlaşdırır

Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət iştirak edəcək

AFFA “Neftçi” və “Qarabağ”ı cərimələyib

Ötən il şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə 347 başçəkmə həyata keçirilib

İsveç liberalları uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq istəyirlər

Ermənistanda KTMT-dən çıxmağın nəticələri dövlət sirri hesab edilir

Əsl səbəblər...

Kinematoqrafçılar konfransı keçirilir

Bəzi cəzaçəkmə müəssisələrində normadan artıq şəxsin saxlanıldığı müşahidə edilib

ABŞ-da təyyarə qəzası nəticəsində bir neçə nəfər ölüb

Cinayət törətmiş şəxslərin sayı getdikcə artmaqdadır

Zemfira Meftahətdinova: Hər kəsi idmanla məşğul olmağa dəvət edirəm

Portuqaliya ikinci peykini kosmosa göndərib

Bakı hava limanından bir sıra istiqamətlərə uçuş tezlikləri artırılıb

Rəvan Həsənov: Bizim əsas hədəfimiz islamofobiyadan əziyyət çəkən insanların səsini dünyaya çatdırmaqdır

“Çarli və şokolad fabriki” əsasında qorxu filmi çəkiləcək

Azərbaycanda yeni dövr uğurla başlayıb, uğurla davam edəcək ŞƏRH

FHN: Müşviqabad qəsəbəsində 2012-ci il təvəllüdlü uşaq xilas edildi

UNEC Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

Makronsayağı siyasi səhv və ya Ukraynaya vurulan zərbə

Bakı Ali Neft Məktəbi FISO Olimpiadasının seçim turunun mükafatlandırma tədbirinə ev sahibliyi edib

“Arsenal” Premyer Liqada ilkə imza atıb

Nilin deltasında Qədim Misir sarkofaqı tapılıb

Ötən il İranda 834 nəfər edam edilib

Məleykə Abbaszadə: Əvvəlki illərlə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb

At və ulaq cəsədlərindən ət tədarükü ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Bəhruz Məhərrəmov: Azərbaycan fərqli bir dövrə qədəm qoyub

® “Birbank Biznes”dən qadın sahibkarlara özəl 8 Mart hədiyyəsi

Azərbaycan–Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır

Bezos sərvətinə görə Maskı üstələyib

DİM rəhbəri: Azərbaycan dili bacarıqları üzrə sertifikat alanlar müəyyən imtahanlardan azad olunacaq

BBMM-in icraçı direktoru: Azərbaycan dini inanclara çox həssaslıqla yanaşır

Cənubi-Çin dənizində Filippin və Çin gəmiləri toqquşub

ABAD-çı Nigar: Əvvəllər sevə-sevə hazırladığım işləri satmaq o qədər də asan deyildi

Fransada tikilməkdə olan körpü çöküb, ölən və yaralananlar var

Agentlik: Azərbaycanda etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir VİDEO

“Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında” 1 №-li forma (Miqrasiya) rüblük (illik) rəsmi statistika hesabatı fоrmаsı və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 28 iyul tarixli 30/06 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Məleykə Abbaszadə: DİM-in hazırladığı proqram Azərbaycan dilini öyrənənlərin bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək