RƏSMİ XRONİKA
Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb VİDEO
Sofiya, 4 mart, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, martın 4-də Sofiyada geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzaladılar.