REGİONLAR
Tacikistanlı kinorejissorun filmi Xaçmazda nümayiş etdirilib VİDEO
Xaçmaz, 12 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 12-də Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Tacikistanın tanınmış kinorejissoru Nosir Saidovun “Müəllim” filmi nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, film xaçmazlı tamaşaçılara martın 10-dan etibarən ölkəmizdə keçirilən Tacikistan kinosu günləri çərçivəsində təqdim olunub.
Filmin nümayişindən əvvəl Əməkdar İncəsənət Xadimi, kinorejissor Ayaz Salayev, “Tacikfilm” kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, Tacikistanın Xalq Artisti Sayram İsayeva və başqaları çıxış edərək, xalqlarımız arasındakı mədəni əlaqələrdən, qarşılıqlı layihələrdən danışıblar. Bildirilib ki, tədbir iki ölkə arasında mədəni əməkdaşlıq ənənələrini möhkəmləndirmək, kino sahəsində əlaqələri genişləndirmək məqsədilə keçirilir.
Sonra “Müəllim” bədii filmi nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
- 30.04.2024 [16:32]
Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO
- 30.04.2024 [16:28]
Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib
- 30.04.2024 [15:52]
Lənkəranda baş verən qəzada piyada ölüb
- 30.04.2024 [14:58]