MƏDƏNİYYƏT


Madriddə təşkil olunan beynəlxalq xeyriyyə yarmarkasında Azərbaycan mədəniyyəti təbliğ edilib VİDEO

Madrid, 17 aprel, AZƏRTAC 

Diplomatların Beynəlxalq Assosiasiyasının (AİDE) təşkilatçılığı ilə Madriddə “KERMES 2016” beynəlxalq xeyriyyə yarmarkası keçirilib. Yarmarkada 50-dək ölkənin İspaniyadakı diplomatik nümayəndəliyi milli mədəniyyətlərini, mətbəxini və musiqisini nümayiş etdirib. Bu məqsədlə hər bir ölkə üçün ayrılan masada milli suvenirlər, yeməklər və şirniyyatlar təqdim olunub.

Azərbaycanın İspaniyadakı səfirliyi yarmarkada nümayiş etdirdiyi ölkəmizin milli şirniyyatları, o cümlədən paxlava, şəkərbura, badambura, şorqoğal, həmçinin yeməklərimizdən qutablar, yarpaq dolması, kompotlar, milli ornamentləri əks etdirən suvenirlər, geyimlər sərgi iştirakçılarında böyük maraq doğurub. Satışa çıxarılmış bütün məhsullar, xüsusən milli yeməklərimiz qısa vaxtda satılıb.

İspaniya Kraliçası (ana kraliça) Sofiya Azərbaycan masasında nümayiş etdirilən məhsullarla tanış olub.

Yarmarkada iştirakçılara Azərbaycan barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, yarmarkadan əldə olunan vəsait İspaniya Kraliçasının Reina Sofia Fondunun hesabına köçürüləcək. Həmin vəsait serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.