Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 24 il ötür

Beyləqan, 2 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il ötür.

 

Xocavənd - zəngin təbii sərvətlərə və

əsrarəngiz gözəlliyə malik diyar

Xocavənd zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Rayonun relyefi əsasən dağlıqdır. Qafqaz dağ silsiləsinə aid edilən Kirs, Ziyarət, Ərgünəş, Güllücə, Tuğ və Qaraçuğ dağları ilə əhatələnir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. Bu dağların çox hissəsi palıd, cökə, fıstıq, vələs meşəsi ilə örtülüb. Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində yaşı iki min və min il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 santimetr, hündürlüyü 12 metr, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə edilirdi. Özünəməxsus təbii sərvətləri olan Xocavənddə ehtiyatları 2 milyon 34 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, yeraltı şirin su yataqları, Köndələnçay, Xonaşen və Quruçay çayları var.

 

Xocavəndsiz 24 il

Azərbaycanın füsunkar guşəsi olan Xocavənd 24 ildir Ermənistanın işğalı altındadır. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50-si böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində iki ailənin hər birindən 4 nəfər, 6 ailənin hər birindən isə 2-3 nəfər öldürülüb. Bundan başqa, 43 ailə öz başçısını itirib, bir ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i isə məktəbli olub.

1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub. Bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. 

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazisində 6 min hektara qədər ərazidə olan ağaclar qırılaraq məhv edilib.

 

Xocavənd rayonunun əsir abidələri

Xocavənd rayonu ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə - ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlinir. Xocavənd ərazisində çoxlu sayda dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində Ritiş qalası (V-VIII əsrlər), Ərgünəş dağının yamacında yerləşən Ərgünəş qalası, Düdükçü kəndi ətrafında Rzaqulu Bəy türbəsi (XIII əsrə), Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar kəndində Alban məbədi (1241-ci il), Tuğ kəndindəki Qırmızı məbəd (X əsr), Alban kilsəsi (V əsr), Alban qəbiristanlığı (I-V əsr), Qaradağlı kəndi ərazisində Alban qəbiristanlığı (III-VI əsrlər), Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və onlarca digər abidələr 24 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib.

 

Dünya ictimaiyyəti Ermənistanın

işğalçı siyasətinə biganə yanaşır

Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, eləcə də Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin tələbləri Ermənistan tərəfindən hələ də yerinə yetirilmir. ATƏT-in rəhbərliyi altında fakt araşdırıcı və fakt qiymətləndirmə missiyalarının işğal olunmuş ərazilərdə məskunlaşma, ilkin coğrafi adların dəyişdirilməsi, mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə qeyri-qanuni əməllərlə bağlı hazırladıqları sənəd və tövsiyələr kağız üzərində qalıb. Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarlarına rəğmən işğal hələ də davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət üçün qara ləkə olan Xocalı, Qaradağlı və neçə-necə qanlı soyqırımlarını həyata keçirmiş Ermənistanın işğalçı siyasətinə biganə yanaşır. 

Qarabağ müharibəsi haqqında tarixi həqiqətləri, xalqımızın üzləşdiyi faciə və soyqırımları ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə bir sıra işlər həyata keçirilib. Ermənistan ordusu tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş soyqırımı ilə bağlı Azərbaycan, ingilis və rus dillərində “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı davam edir...”, “Qaradağlı: mübarizə”, Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı “Ruhum Qarabağlıdır” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımla bağlı “garadaghli.org” internet saytı və “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Xocavənd rayonunun işğaldan azad edilmiş “Nərgiztəpə” ərazisində abidə kompleksləri ucaldılıb.

 

Qədim oğuz yurdu - Nərgiztəpə

Nərgiztəpə Xocavənd rayonunun 1993-cü ilin sonları-1994-cü ilin əvvəllərində gedən döyüşlər zamanı işğaldan azad edilən ərazisidir. Orta Tunc dövrünə aid “Nərgiztəpə” maddi mədəniyyət abidəsinin burada yerləşməsi bu ərazilərin böyük əhəmiyyət daşımasını şərtləndirir. Nərgiztəpə ətrafında yerləşən orta əsrlərə aid müsəlman qəbiristanlığındakı bəzi qəbirüstü daşların üzərinə qazıma üsulla müxtəlif işarə və damğalar, oyma naxışlar çəkilib. XIII-XIV əsrlərdən etibarən başdaşıları üzərində epiqrafik mətnlər ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunub.

Nərgiztəpə ətrafındakı toponimlər bu ərazinin qədim oğuz türklərinin yurd yerləri olduğunu təsdiq edir. “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən Qaraçuq dağının Xocavənd ərazisində yerləşməsi, yerli əhali arasında Qaraca çobanla bağlı rəvayətlərin dolaşması onu deməyə əsas verir ki, dastanda bəhs olunan hadisələrdən bəziləri məhz Nərgiztəpə yaxınlığında baş verib. Dastan qəhrəmanı Qazan xan “Qaraçuğun qaplanı” adlandırılır. Buradakı qədim qəbiristanlıqda qəbirin birinin də məhz Qaraca çobana aid olduğu güman edilir.

Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Nərgiztəpədə abidə-xatirə kompleksi yaradılıb. Düşmənin beş addımlığında yerləşən abidənin üzərində Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı dalğalanır. Abidə kompleksinin yaradılmasında məqsəd şanlı tariximizi yaşatmaqla bərabər, eyni zamanda, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqəti artırmaqdır.

 

Xocavəndlilər doğma yurdlarına

qayıdacaqlarına əmindirlər

Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər respublikanın 36 şəhər və rayonunda məskunlaşıblar. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində salınan Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisindəki massivdə yaşayırlar. Rayonun bütün icra strukturları Beyləqan rayonu ərazisindəki 500 ailəlik Xocavənd qəsəbəsində fəaliyyət göstərir. Burada rayon icra hakimiyyəti və digər idarə, müəssisələr üçün inzibati binalar, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi, müasir tipli ATS, Bayraq meydanı, park, müasir tələblərə cavab verən idman zalı inşa edilib. 

Xocavəndli məcburi köçkünlər 24 ildir ki köçkünlük həyatı yaşasalar da, doğma yurdlarına qayıdacaqlarına inanır, bu günü səbirsizliklə gözləyirlər. Xocavəndlilər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı siyasətini dəstəkləyir, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa, ön cərgələrdə döyüşməyə hazırdırlar.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə “İslam sivilizasiyası” beynəlxalq media forumu keçirilir

BDU Özbəkistanın 44 ali məktəbi və elmi müəssisəsi ilə əməkdaşlıq edir

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyəcək

“Mançester Siti”nin futbolçusu “Tottenhem”ə keçib

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin olunub

Kəlbəcərdəki kiçik su elektrik stansiyalarında ümumilikdə 183,6 milyon kilovat/saat enerji istehsal edilib

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib YENİLƏNİB VİDEO

Almaniya hökuməti sənayenin rəqabət qabiliyyətinin və innovasiyaların gücləndirilməsini müzakirə edir

“Mişni” və “Alxaslı” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Çin eyni raketlə orbitə 7 peyk göndərib

Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb

“Qarabağ” braziliyalı futbolçu üçün yeni təklif göndərib

“Azərişıq” Ağdərənin elektrik təsərrüfatını yenidən qurur

Yeddi ayda sığorta bazarı 7,3 faiz artıb

Gürcüstan Beynəlxalq Dənizçilik Forumunda Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunacaq

Elmar Baxşıyev: “Hapoel”lə matçı "Sabah" üçün tarixi oyun adlandırmaq olar

Avropada qaz anbarlarının doluluq nisbəti ötənilki səviyyədən 12 faiz aşağıdır

Axtarışda olan 60 cinayətkar Türkiyəyə ekstradisiya edilib

İşğaldan azad olunmuş ərazilərdəki müəssisələr 17,4 milyon manatlıq vergi və gömrük rüsumlarından azadolma əldə edib

DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb

Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ

Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır

Qırğızıstanda Köçəri Oyunları ilə əlaqədar gümüş sikkə buraxılıb

Azərbaycanın cüdo millisi Vətənə iki medalla qayıdıb

Vahid Bakıxanov: Tofiq müəllim özündən sonra çox böyük bir iz qoyub getdi VİDEO

Vahid Bakıxanov: Tofiq müəllim özündən sonra çox böyük bir iz qoyub getdi VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb VİDEO

Yevlaxda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb VİDEO

Ekspert: Vergi Məcəlləsinə dəyişiklik rəqəmsal iqtisadiyyat üzərində nəzarətin gücləndirilməsi baxımından ədalətlidir

AMADA əməkdaşının həmmüəllifi olduğu kitab fəsli nüfuzlu “Springer” elmi nəşrində çap olunub

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

Çin mədəniyyətində göl obrazı: fəlsəfə, poeziya və rəssamlığın vəhdəti

AMEA-da görüş: Azərbaycan-Qazaxıstan elmi əlaqələrinin inkişafı diqqət mərkəzindədir

Xankəndi, Xocalı və Ağdərədə 20 abituriyent ali məktəbə qəbul olub

Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkarlanıb

Ekspert: Qeyri-rezidentlərin rəqəmsal platformalarının vergi uçotuna alınması Azərbaycan iqtisadiyyatı üçün çox önəmlidir

Qazaxıstan MSK Qurultaya seçkilərdə səsvermənin nəticələrini açıqlayıb

Litvada iki min hərbçi üçün modul düşərgə inşa ediləcək

Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun rəsmisi : Növbəti Buxara Biennalesində azərbaycanlı sənətkarları görmək istərdik

Bu saata olan əsas xəbərlər

Türkiyədə qazıntılar zamanı 11 min illik unikal heykəl tapılıb VİDEO

“Bitcoin”in qiyməti 80,5 min dolları ötüb

Yayda qida zəhərlənməsi riski nə üçün artır?

Azərbaycan-Özbəkistan əbədi dostluğu tarixi köklərimizdən və folklor ənənələrimizdən güc alır

ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ildən bəri ən aşağı səviyyəyə enib

Qazaxıstanda Xəzər dənizinin mühafizəsi ilə bağlı yeni layihələr təqdim olunub

Azərbaycanda makaron məmulatları istehsalı artıb – QRAFİK

Azərbaycan-Özbəkistan əlaqələri yeni geoiqtisadi imkanlar formalaşdırır ŞƏRH

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb VİDEO

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb VİDEO

® “Rabitəbank” və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “Nəhəng qayıdış” - 7 faizədək keşbek, 6 ayadək faizsiz taksit

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq

Hikmət Quliyev: Azərbaycan-Özbəkistan folklorşünaslıq əlaqələri daha geniş elmi layihələrə çevriləcək

“Babək” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb

Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

Hulusi Kılıç: Bakı ilə Daşkənd arasında əməkdaşlıq bütün Türk dünyasının maraqlarına cavab verir

Krasnodarda PUA qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb

Son 7 ayda ƏƏSMN-in e-xidmətlərinə 4,5 milyon müraciət edilib

Türk dünyasının rəssamları Kapadokiyada bir araya gəlib

AzTU Özbəkistan universitetləri ilə yeni proqramlara başlayır

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” işə başlayıb

“Qarabağ” – “Tvente”: Stadionun kassalarında bilet satışı oyuna 1 saat qalmış dayandırılacaq

Vətəndaşlar DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

“Citigroup” qızılın qiyməti ilə bağlı proqnozunu artırıb

Türkiyə XİN: ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmasını məmnuniyyətlə qarşılayırıq

Azərbaycan və Özbəkistanın rəssamlıq ali məktəbləri əməkdaşlığı genişləndirir

Kamil Abdullazadə: Azərbaycan-Çin hüquqi və kommersiya əlaqələrinin inkişafına töhfə vermək istəyirəm

Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi

Rumıniyalı voleybolçu: Azərbaycan millisi xeyli inkişaf edib

AQTA sədri Şəmkirdə vətəndaş müraciətlərini dinləyəcək

Xəzərin səviyyəsinin azalması sahil infrastrukturu və ekosistem üçün ciddi çağırışlar yaradır VİDEO

Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Paytaxtdakı təhsil müəssisələrində tikinti və əsaslı təmir işləri aparılır

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

® Kopyalanmış IMEI kodlarla 1,6 milyon dəfə şəbəkəyə qoşulma cəhdi olub

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb VİDEO

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb VİDEO

Azərbaycan nefti 95,13 dollara satılır VİDEO

Azərbaycan nefti 95,13 dollara satılır VİDEO

Naxçıvanda 127 layihəyə 4,7 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib

Avropol: Muzeylərdə zorakı soyğunçuluq halları artıb

Şahbuzda meşəlik ərazidə “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib - Təlim VİDEO

Şahbuzda meşəlik ərazidə “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib - Təlim VİDEO

Bakı-Daşkənd xətti: Yeni Avrasiya bağlantısının strateji dayağı – ŞƏRH

Bakıda hazırda sıxlıq müşahidə edilən küçə və prospektlər açıqlanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil edilib

Prezident İlham Əliyevin Özbəkistana səfəri münasibətlərin dərinləşməsinə böyük töhfə verəcək - ŞƏRH

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçib

Rusiyada yüz minlərlə hektar meşə sahəsini yanğın bürüyüb YENİLƏNİB

Kanada Aİ ilə danışıqlara başlayır

Çin ABŞ-nin sanksiyalarına qarşı çıxıb

Kanada yeni buzqıran gəmilər inşa edəcək

Böyük Britaniya Ukraynada gedən döyüşlərlə bağlı məlumatlara çıxış əldə edəcək

Oman sahillərində neft tankerinə hücum edilib

İran ABŞ-nin yeni sanksiyalarına hazır olduğunu açıqlayıb

ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləməyib

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

ABŞ Suriyanı “Terrorizmin sponsorları” siyahısından çıxarıb

ABŞ rəsmisi: İranla iqtisadi əlaqələri kəsməyən ölkələrə yeni sanksiyalar tətbiq olunacaq

Sabah paytaxtda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB

İsmayıllıda avtomobil aşıb, sürücü ölüb