Çin eyni raketlə orbitə 7 peyk göndərib
Pekin, 25 avqust, AZƏRTAC
Çin “Uzun yürüş-6C” daşıyıcı raketi ilə orbitə 7 peyk göndərib.
AZƏRTAC xəbər verir ki, raket Pekin vaxtı ilə saat 11:21-də (Bakı vaxtı ilə 07:21) Şensi əyalətindəki Tayyuan buraxılış məntəqəsindən buraxılıb. Raket peykləri planlaşdırılan orbitə çatdırıb.
Peyklərdən üçü “GalaxySpace” özəl şirkətinin istehsalıdır. Onlar arasında şirkətin ilk dəfə xarici sifarişçi üçün hazırladığı “Lingzhi-09 Thai CubeSat” peyki də var. Bu, həmçinin şirkətin Tailand üçün peykin hazırlanması, buraxılışı və orbitə çatdırılmasını əhatə edən ilk tam xidmət paketi təqdim etməsidir.
Qeyd edək ki, bu, “Uzun yürüş” seriyasından 665-ci raket buraxılışı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımalarının həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]