ABŞ-da “Moderna” və “Pfizer”in vaksinlərindən istifadə dekabrda başlaya bilər
Bakı, 16 noyabr, AZƏRTAC
ABŞ-da “Moderna” və “Pfizer”kompaniyalarının yeni koronavirusa qarşı hazırladıqları peyvəndlərdən istifadə olunmasına dekabr ayında başlanıla bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə açıqlama ilə ABŞ-ın baş virusoloqu Entoni Fauçi NBC telekanalının efirində çıxış edib. “Moderna” kompaniyasının peyvəndinin klinik sınaqların üçüncü mərhələsində 94,5 faiz effektivlik göstərdiyinə dair bəyanatını şərh edən Fauçi bu məlumatları heyrətamiz adlandırıb. “İndi bizdə kifayət qədər effektli iki vaksin var. Bu, lazımi istiqamətdə mühüm addımdır”, - deyə baş virusoloq bildirib.
Noyabrın 16-da Amerikanın “Moderna” kompaniyasının koronavirus peyvəndi klinik sınaqların üçüncü mərhələsində 94,5 faiz effektivlik göstərdiyini bəyan edib. Bir müddət öncə ABŞ administrasiyası vaksinin hazırlanması üçün bu kompaniyaya 486 milyon dollar, “Johnson & Johnson” əczaçılıq kompaniyasına 456 milyon dollar, Oksford Universitetinin (Böyük Britaniya) alimləri ilə birgə vaksin hazırlayan “AstraZeneca” kompaniyasına isə 1,2 milyard dollar vəsait ayırıb. Ağ evin məlumatına görə, administrasiya koronavirusa qarşı peyvənd layihələrinə ümumilikdə 12 milyard dollar sərmayə yatırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [12:31]
Çin Qırğızıstan və Vyetnam vətəndaşlarına 240 saat tranzit vaxtı verib
- 20.08.2026 [11:31]
İsveçdə qızılca epidemiyası yayılır
- 20.08.2026 [10:43]
ABŞ-nin sutkalıq neft istehsalı 13,8 milyon barel səviyyəsindədir
- 20.08.2026 [10:38]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 20.08.2026 [09:14]
ABŞ-nin dövlət borcu ilk dəfə 40 trilyon dolları keçib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub
- 19.08.2026 [22:12]
Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb
- 19.08.2026 [22:08]
Çempionlar Liqası: "Hapoel" və "Sabah"ın start heyətləri açıqlanıb
- 19.08.2026 [21:54]
III “Ulduz Cup” futbol turnirinin iştirakçıları bəlli olub
- 19.08.2026 [21:44]
Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb
- 19.08.2026 [20:11]
Bu saata olan əsas xəbərlər
- 19.08.2026 [20:00]
“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir
- 19.08.2026 [18:58]
İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- 19.08.2026 [18:37]
Naxçıvanın böyük potensialı var – Ekspert rəyi
- 19.08.2026 [18:25]
“İbrahim Tatlışiş” kabab evində at DNT-si aşkarlanıb
- 19.08.2026 [18:19]
Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb
- 19.08.2026 [18:03]
“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub
- 19.08.2026 [17:59]