DÜNYA


ABŞ strateji neft ehtiyatlarını satışa çıxarır

Bakı, 21 avqust, AZƏRTAC

ABŞ strateji neft ehtiyatlarının 11 milyon barrelini satışa çıxarır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Enerji Departamentinin (DOE) məlumatında deyilir. Bildirilir ki, strateji neft ehtiyatları oktyabrın 1-dən 30-dək satışa çıxarılacaq.

ABŞ hökuməti noyabr ayından etibarən OPEC-in üçüncü ən böyük neft istehsalçısı olan İranın neft sektorunu hədəf olan sanksiyalar tətbiq etməyə hazırlaşır. Birləşmiş Ştatların strateji neft ehtiyatlarını satışa çıxarması isə İrana qarşı sanksiyalardan sonra bazarda yaranacaq boşluğu doldurmaq məqsədi daşıyır.

DOE ilin əvvəlindən strateji neft ehtiyatlarının 5,2 milyon barrelini “Valero Energy Corp” və “Phillips 66.” daxil olmaqla ümumilikdə 5 şirkətə satıb.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) ötən həftə açıqladığı məlumata görə, ölkənin strateji neft ehtiyatları 660 milyon barrel təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.