ELM VƏ TƏHSİL


ADU-da Çin intellektual oyunları müzakirə olunub

Bakı, 21 may, AZƏRTAC 

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycan və Çin intellektual oyunları” adlı tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov intellektual oyunların, xüsusilə də şahmatın Azərbaycanda qədim tarixə malik olduğunu qeyd edib. O vurğulayıb ki, şahmat oyunu haqqında fəlsəfi fikirlər böyük şairlər Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvinin əsərlərində öz əksini tapıb. Qədim Orta Asiyada ən yaxşı şahmat oyunu ilə tanınan Cəlaləddin Naxçıvani ilk görkəmli Azərbaycan şahmatçısı olub.

Rauf Abbasov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev xalqın intellektual inkişafında şahmatın yerini yüksək qiymətləndirirdi.

Tədbirdə çıxış edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ənənəvi Çin intellektual oyunları – Veytsi (Qo), Çin şahmatı (Siançi) və Madjon tarixi, qayda və variantları, onlarda istifadə olunan fiqurlar barədə danışıblar. Çin mədəniyyətinin simvolu və konfutsiçilik prinsiplərinə əsaslanan ənənəvi sənət nümunəsi sayılan bu oyunlar məntiq, strateji düşüncə, dözümlülük və gözəllik hissi formalaşdırmağa xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.