ELM VƏ TƏHSİL


“Ədəbiyyat səyyahları” rəsmi internet saytının təqdimatı olub

Bakı, 1 iyul, AZƏRTAC

Xəzər Universitetinin “Ədəbiyyat səyyahları” (https://klv.az/) rəsmi internet saytının təqdimat mərasimi keçirilib. Mərasimdə, həmçinin universitetin yutub kanalı təqdim edilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı yeni bir ədəbiyyat saytının açılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Sonra Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı tədbir iştirakçılarını saytla tanış edib. O, saytın fərqli cəhətlərini söyləyib, “İngilisdilli ədəbiyyat”, “Alman ədəbiyyatı”, “Türk ədəbiyyatı”, “Tərcümə” bölmələri üzərində xüsusi dayanıb, burada dərc edilən tərcümələrin yalnız orijinaldan çevrildiyini bildirib. Q.Əzizxanlı “Tələbə guşəsi” bölməsini də saytın özəlliyi ilə bağlayıb.

Departamentin müəllimi Ülvi Babasoy saytda istedadlı müəlliflərin yazılarının dərc edildiyini diqqətə çatdırıb.

Filologiya üzrə fəlsəfə doktoru Gülşanə Xudiyeva universitetin yutub kanalını təqdim edib.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi İlham Məmmədli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Məhəmməd Cəbrayılov, Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının baş katibi təhsil hüququ üzrə mütəxəssis Ramin Nurəliyev, şair Ramil Əhməd çıxış ediblər.

Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova yeni saytla bağlı fikirlərini bölüşüb.

Müəllim və tələbə heyətinin qatıldığı tədbirdə Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekan müavini dosent Məhəmməd Eldarov, gənc yazar Orxan Cuvarlı da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.