İDMAN


Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov AİBA-nın İcraiyyə Komitəsinə üzv seçilib

Bakı, 3 noyabr, AZERTAC

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinə üzv seçilib.

AZƏRTAC xəbər verir ki, özbəkistanlı Qafur Rəhimov isə AİBA-nın prezidenti seçilib. Bu ilin yanvarından prezident vəzifələrini icra edən Q.Rəhimov seçkidə 134 səsdən 86-nı toplayıb. Onun prezident səlahiyyətləri 2022-ci ilədək davam edəcək.

Qurumun Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində ölkəmiz Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov və baş katib Nağı Səfərovla təmsil olunub.

ABF-in vitse-prezidenti S.Mikayılov növbəti 4 il üçün AİBA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. O, ardıcıl üçüncü dəfə ölkəmizi beynəlxalq qurumun icraedici orqanında təmsil edəcək.

Qeyd edək ki, İcraiyyə Komitəsinin AİBA-ya üzv olan 205 ölkədən 14 üzvü var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.