SİYASƏT


Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirilib

Bakı, 13 oktyabr, AZƏRTAC 

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirilib.

Müdafiə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının arenasında keçirilən yarışların açılış mərasimində əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin fiziki hazırlığına daim diqqət yetirdiyini, yarışların keçirilməsində əsas məqsədin hərbi hissələrdə atletikanın daha da inkişaf etdirilməsinə yönəldiyini qeyd edib. Bildirilib ki, hərbi idmançılar döyüş hazırlığında, təlim mərkəzlərində göstərdikləri çevikliyi və peşəkarlığı ilə təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə edirlər.

Beynəlxalq qaydalara uyğun olaraq keçirilən yarışda tərkibi 12 nəfərdən ibarət olmaqla 15 komanda iştirak edib. Birinciliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından təyin olunmuş hakimlər idarə ediblər.

Yarışların proqrama əsasən kişi və qadın idmançılar 100 metr, qadınlar 1000 metr, kişilər 3000 metr məsafəyə qaçış, hündürlüyə və uzununa tullanma, 4x400 metr məsafəyə estafet yarışında güclərini sınayıblar.

Yekunda qalib komanda və idmançılara kubok, medal və diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.