İQTİSADİYYAT


Azərbaycan SIAL Paris beynəlxalq ərzaq sərgisində təmsil olunur

Paris, 21 oktyabr, AZƏRTAC

Fransa paytaxtının şimalında yerləşən “Paris-Nord Villepinte” sərgilər parkında SIAL Paris beynəlxalq ərzaq sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov sərginin açılış mərasimində iştirak edib.

Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti sərgidə öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edir.

Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin nümayəndələri Fransanın kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distribüterlərlə görüşəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaq.

Qeyd edək ki, 1964-cü ildən dünyanın müxtəlif ölkələrində keçirilən SIAL sərgisində bu il 109 ölkədən 7 mindən çox şirkət iştirak edir. Bu şirkətlər ərzaq sahəsində 23 sektoru əhatə edir.

SIAL Paris beynəlxalq ərzaq sərgisi oktyabrın 25-dək davam edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.