İDMAN


Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin birinci günündə cüdoçularımız 2 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan medal qazanan ölkələr arasında bu nəticə ilə ikinci sırada qərarlaşıb. Yaponiya (4 qızıl, 1 gümüş medal) birinci, İsrail (1 qızıl medal) üçüncü pillədədir.

Qeyd edək ki, cüdoçumuz Balabəy Ağayev (60 kq) “Böyük dəbilqə” turnirinin qalibi olub. Digər təmsilçimiz Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Oktyabrın 17-dək davam edəcək turnirdə Azərbaycanı 9 cüdoçu təmsil edir. Yarışda 46 ölkədən 283 cüdoçu iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.