Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Daşkənd, 21 iyun, AZƏRTAC

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.

Prezident Şavkat Mirziyoyevin
çıxışı

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli nümayəndə heyətinin üzvləri. Sizi və Azərbaycan nümayəndə heyətini bir daha ürəkdən salamlayıram. Vurğulayım ki, Sizin hazırkı səfəriniz ikitərəfli münasibətlərimizin tarixində vacib əlamətdar hadisədir. Özbəkistana xoş gəlmisiniz.

Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır. Ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu barədə bu gün biz məhdud tərkibdə keçirilən görüşdə çox ətraflı danışdıq. Biz Azərbaycanın sanballı uğurlarına Özbəkistanda həmişə ürəkdən sevinirik. Bu gün Sizin əldə etdiyiniz nailiyyətlər bütün dünyada tanınır. Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir. Biz bu nəcib işə öz töhfəmizi verməyə şad olarıq, bu barədə də məhdud tərkibdə keçirilən görüşdə danışdıq.

Hörmətli görüş iştirakçıları, İlham Heydər oğlu ilə keçirilən məhdud tərkibdə, məhdud formatlı bugünkü görüşdə fikrimcə, biz ikitərəfli münasibətlərimizin bütün məsələləri barədə çox əyani, açıq, səmimi söhbət etdik, hətta hansı istiqamətlər üzrə real nəticə olması üçün nə etməli və necə etməli olmağımız barədə danışdıq. Əlbəttə, son illər biz etimada əsaslanan dialoqumuzu və praktiki əlaqələrimizi əhəmiyyətli dərəcədə fəallaşdırmışıq. Bu gün mühüm siyasi sənəd - Strateji tərəfdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlığın artırılması haqqında Bəyannamə qəbul olunacaq. Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrimiz mövcuddur. Biz ticarətdə, sənayedə, kooperasiyada dinamik artım müşahidə edirik. Biz yalnız bu gün bu barədə tənqidi, ciddi danışdıq, qeyd etdik ki, əslində, əmtəə dövriyyəsi 6 dəfə artıb, lakin bu barədə tənqidi fikirləşməyə dəyər və biz bu məsələləri çox ciddi təhlil etdik. Birgə müəssisələrin sayı 4 dəfə artıb. Uğurlu əlamətdar layihələr arasında Hacıqabulda avtomobillərin birgə istehsalının təşkilini və ipəkçilik sahəsində kooperasiyanı qeyd etmək olar. Lakin göstəricilər hələ çox cüzidir və iqtisadiyyatlarımızın bir-birini qarşılıqlı tamamlayan amillərinin mövcud böyük potensialından istifadə etməyin zəruri olduğunu göstərir.

Bizim görüşümüz ərəfəsində səmərəli biznesforum keçirilib, yarım milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və ticarət müqavilələri paketi imzalanıb. Onların arasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur. Ələt Azad İqtisadi Zonasının bazasında sonradan Avropa İttifaqı bazarlarına çıxmaqla layihələrin icrası üçün imkan var.

Həmçinin razılığa gəldik ki, layihələrin icrası üçün birgə investisiya fondu yaradılacaq, artıq növbəti ayda onların sürətli həlli üzrə proqram tədbirlərinin qəbul edilməsi üçün hökumətlərarası komissiyanın iclası təşkil olunacaq.

Hörmətli nümayəndə heyətinin üzvləri, nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığımız strateji xarakter daşıyır. Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik. Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir.

Eyni zamanda, indiki reallıqlar alternativ dəhlizlərin formalaşmasını tələb edir. Bu baxımdan, Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə ölkələrimizin Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına ən qısa yolla çıxışı təmin etməyə imkan verəcək. Biz bu istiqamətdə birinci dərəcəli məsələlərin həlli üçün nəqliyyat nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılaşdıq. Biz həm də xarici işlər nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılığa gəldik. Biz bu məsələləri uzatmırıq, ilk görüş gələn ay Daşkənddə olacaq. Əlbəttə, nəqliyyat nazirləri, investisiya və iqtisadiyyat nazirləri xarici işlər nazirlərinin himayədarlığı ilə işləyəcəklər. Fikrimcə, ona görə ki, bizim çox ciddi niyyətlərimiz var.

Kənd təsərrüfatında kooperasiyanın gücləndirilməsini çox vacib hesab edirəm. Söhbət ipək istehsalı üzrə klaster yaradılmasından, pambıqçılıq sahəsində layihələrdən, innovasiya araşdırmalarının tətbiqindən gedir. Bizim nazirlər bu günlərdə bütün perspektiv istiqamətlər üzrə yol xəritəsini razılaşdırmalı və vaxt var ikən öz təkliflərini verməlidirlər.

Çoxplanlı əməkdaşlığın genişlənməsində birbaşa regionlararası əlaqələrə mühüm rol ayrılır. Biz razılaşdıq ki, ən yaxın vaxtlarda paytaxtlarımız və iri şəhərlərimiz tərəfdaşlıq münasibətləri quracaqlar. Bu gün baza sazişi imzalanacaq. Bundan əlavə, bu il Daşkənddə regionların birinci forumunu və onların sənaye potensialı sərgisini keçirməyi təklif edirik.

Humanitar məsələlərdə mütəmadi olaraq qarşılıqlı Mədəniyyət və Kino Günləri keçirmək, ali məktəblər, elmi müəssisələr, idman və gənclər təşkilatları arasında mübadilələri və əlaqələri genişləndirmək lazımdır. İşgüzar və humanitar əlaqələrin möhkəmlənməsi turizm sahəsində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Azərbaycan Prezidentinin turizm üzrə ayrıca proqram qəbul edilməsinə xüsusi diqqətinə, bu təklifi dəstəkləməsinə görə ona minnətdaram. Bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edirik. Biz çox zəngin mədəni irs abidələrimizin bərpası və qorunub saxlanması sahəsində sıx qarşılıqlı faydalı əməkdaşlığı da inkişaf etdirməyə hazırıq.

Bundan əlavə, bu gün hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində mühüm sənəd qəbul ediləcək. Müdafiə nazirləri artıq bu gün bizim bu sazişlərin reallaşdırılması üzrə birinci dərəcəli addımları müəyyən etməlidirlər.

Hörmətli İlham Heydər oğlu, hörmətli nümayəndə heyətinin üzvləri. Bir daha vurğulamaq istərdim ki, ölkələrimiz çox böyük potensiala malikdir. Bu gün biz məhdud tərkibdə görüşdə bütün istiqamətlər üzrə potensiallarımızı bir daha çox ətraflı müzakirə etdik və hökumətlərarası komissiyaların həmsədrlərinə və ya sədrlərinə tapşırıqlar verdik ki, ən yaxın vaxtda, bu ilin noyabrında Səmərqənddə keçiriləcək görüşə qədər real nəticə olsun. Ən başlıcası, biz qarşılıqlı münasibətlərimizin müsbət təcrübəsini qazanaq. Nümayəndə heyətinin bütün üzvlərinə demək istəyirəm ki, indiyə qədər bizim bu cür etimada əsaslanan açıq söhbətimiz olmayıb. Bu gün biz çox səmimi formada açıq etiraf etdik ki, çox böyük imkanlarımız var, lakin təəssüf ki, nəticələr azdır. Bu nəticələr onu göstərir ki, İlham Heydər oğlunun tarixi səfəri özlüyündə bizim münasibətlərə yeni təkan verməlidir. Mən bizim bugünkü danışıqlardan tam razıyam, çünki istəyirdim ki, bu görüş tarixi olsun - bu, həqiqətən tarixidir, bu mənada ki, bizim qarşılıqlı münasibətlərimizin böyük potensialında böyük iz qoyacaq və bu, real nəticə olacaq.

İlham Heydər oğlu, Sizi Özbəkistanda bir daha salamlayıram və məmnuniyyətlə sözü Sizə verirəm.

x x x

Prezident İlham Əliyevin
çıxışı

-Sağ olun, hörmətli Şavkat Miromonoviç, hörmətli özbək qardaşlar.

İlk növbədə, qonaqpərvərliyə və dəvətə görə bir daha təşəkkür etmək istərdim. Mən qardaş Özbəkistana səfər etməyimə və gələcək qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərini Sizinlə müzakirə etmək imkanına malik olduğuma görə çox şadam. Bu səfər həqiqətən tarixi səfərdir. Mən Şavkat Miromonoviçin çıxışında qeyd etdiyi istiqamətlər üzrə onun fikirləri ilə tamamilə şərikəm. Biz münasibətlərimizin gələcək hərtərəfli inkişafının əsasını qoyuruq. Dünən və bu gün bizim həyat fəaliyyətimizin demək olar ki, bütün mühüm sahələrini əhatə edən 20-yə yaxın sənəd imzalanıb və imzalanacaq. Bir də, əlbəttə, siyasi sənəd - bizim inkişafımızı çox illər əvvəlcədən istiqamətini müəyyən edən birgə Bəyannamə.

Qarşılıqlı iqtisadi fəaliyyət məsələlərinə gəldikdə, mən Şavkat Miromonoviçin dedikləri ilə həmrəyəm. Biz əlaqələrimizi intensivləşdirməliyik. Nazirlərə müvafiq tapşırıqlar verilib. Əminəm ki, hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Biz, iki Prezident qərara aldıq ki, tapşırıqlarımızın yerinə yetirilməsini özümüz nəzarətdə saxlayacağıq və müvafiq nazirliklər müntəzəm surətdə irəliləyiş barədə bizə məruzə edəcəklər. Bu yolla biz ticari-iqtisadi sahədə və təkcə bu sahədə deyil, ciddi tərəqqiyə nail ola bilərik. Ona görə ki, bu gün biz qarşılıqlı beynəlxalq fəaliyyətin mühüm məsələlərini müzakirə etdik və əlbəttə, bütün beynəlxalq strukturlarda daimi qarşılıqlı dəstəyi böyük məmnunluqla qeyd edirik. Şavkat Miromonoviç bizim əməkdaşlıq etdiyimiz təşkilatlar barədə danışdı. Biz həqiqətən dostlar, qardaşlar kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik.

Mən, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinizə görə ayrıca təşəkkürümü bildirmək istərdim. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.

Əlbəttə, dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Bu gün Şavkat Miromonoviç ilə dialoqumuzun bir hissəsi bu məsələyə həsr edilib. Müvafiq tapşırıqlar verilib. Düşünürəm ki, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Mənim fikrimcə, bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək, çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki, onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq.

Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə Şavkat Miromonoviçə təşəkkür edirəm. Mən dəstək üçün müraciət edəndə dərhal kömək göstərildi və bu, həmin sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağımıza imkan verdi. Biz bu gün həm də kənd təsərrüfatı fəaliyyətinin başqa istiqamətləri ilə bağlı məsələləri müzakirə etdik. Əminəm ki, bu istiqamətlər üzrə də mühüm uğurlar əldə ediləcək. Əlbəttə, mən səfərdən əvvəl də, səfər çərçivəsində də Özbəkistanın bugünkü sənaye potensialı haqqında çox eşitmişəm. Bu gün sənaye potensialı, onun bir hissəsi ilə texnoparkda tanış olmaq imkanı olacaq. Əminəm ki, bu, müştərək layihələrin praktiki reallaşdırılması baxımından da bizim kooperasiyamız üçün çox vacibdir. Qarşılıqlı ünsiyyət çərçivəsində görürük ki, artıq yaxşı elementlər var. Konkret olaraq Hacıqabulda avtomobil zavodu. Mənə bu gün deyildi ki, avtomobil istehsalı nomenklaturunu genişləndirmək və istehsal edilən avtomobillərin sayını artırmaq planlaşdırılır. Özbəkistan haqlı olaraq bu müəssisə ilə fəxr edə bilər. Bilirəm ki, Özbəkistanda belə müəssisələr az deyil.

Qarabağın bərpası işində qardaş köməyinə görə, Prezident Şavkat Miromonoviçin işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə də ayrıca təşəkkürümü bildirmək istərdim. İşlər artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizə verilmiş ilk belə böyük hədiyyədir. Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o, belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq.

Mən Şavkat Miromonoviçin apardığı islahatları - Özbəkistanın investisiya baxımından cəlbediciliyinin, sənaye potensialının artırılması, sosial məsələlərin həlli üzrə apardığı islahatları çox yüksək qiymətləndirirəm. Biz müxtəlif beynəlxalq tədbirlər çərçivəsində, o cümlədən Bakıda da dəfələrlə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Əlbəttə, Özbəkistan kimi müsbət demoqrafik dinamikaya malik olan ölkə bu təhdidlərin öhdəsindən gəlir. Sənaye istehsalı, iş yerləri, xalqın sosial rifahı - bütün bu mövzular daim Prezidentin diqqət mərkəzindədir və Azərbaycanda biz də, əminəm ki, Özbəkistan sakinləri də bu istiqamətlərdə böyük nailiyyətlər, böyük tərəqqi görürlər. Biz buna şadıq. Biz dostlar kimi, qardaşlar kimi Sizin uğurlarınıza sevinirik. Əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək. Biz də, əlbəttə, öz tərəfimizdən qarşılıqlı fəaliyyətimizi genişləndirmək üçün səy göstərəcəyik. Biz bu gün çox mövzular barədə ətraflı söhbət etdik. Ən başlıcası odur ki, bütün tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik.

Qonaqpərvərliyə görə bir daha sağ olun. Ümidvaram ki, bu gün də, sabah da Sizinlə bu fəal, səmərəli dialoqu davam etdirəcəyik.

x x x

Prezident Şavkat Mirziyoyev: Bir daha sağ olun, İlham Heydər oğlu. Özbəkistanda son illərdə aparılmış islahatlara qiymət verildi. Əlbəttə, biz indi çox mürəkkəb dövrdə yaşayırıq və bu mürəkkəb dövrdə biz bir-birimizi tapmalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şimali Kipr sahillərində yüzlərlə sərnişin daşıyan bərə batıb

Çexiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

İslandiya əhalisi Aİ-yə üzvlük danışıqlarının bərpasının əleyhinə səs verib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Stavropolda avtobusun iştirakı ilə baş verən yol qəzasında altı nəfər həlak olub

Bu saata olan əsas xəbərlər

Xəbər agentlikləri Qırğızıstanda MDB ölkələrinin turizm potensialına informasiya dəstəyi məsələlərini müzakirə ediblər

Cəlilabadda ev yanıb

İsveçrədə musiqi festivalında silahlı insident baş verib, xəsarət alanlar var

Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın bütün rəqibləri bəlli olub

Anadolunun istiqlal mübarizəsindən qlobal hərbi gücə: Türkiyə Zəfər Bayramını qeyd edir

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Bu gün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür

Media: “El-Nino” ölkələrə trilyonlarla dollar ziyan vura bilər

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib

Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

Rusiyanın Xabarovsk vilayətində ərazilər suyun altında qalıb

Nigerdə vəziyyət stabilləşib

Türkiyədə güclü yağış fəsadlar törədib

Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

Türkiyə XİN Nigerdə tərəfləri təmkinli olmağa çağırıb

Media: Netanyahunun oğlu sui-qəsd təhlükəsi ilə əlaqədar ABŞ-dən təxliyə edilib

Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Rusiyada sərnişin gəmisi saya oturub

Media: ABŞ ərzaq böhranı ilə üzləşə bilər

Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

Laçın rayonunda ötən tədris ilinin nəticələri təhlil edilib

Bundesliqa: “Borussiya Dortmund” çempionata qələbə ilə başlayıb

Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb

Zəngilanda təhsil işçilərinin sentyabr konfransı

Qazaxda yeni tədris ili üçün prioritet istiqamətlər açıqlanıb

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Finlandiyada polis tərəfindən güc tətbiq edilməsi hallarının sayı artır

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

Bu saata olan əsas xəbərlər

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans” Gənclər Mərkəzində milli rəqs dərnəyi

Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

“Yay Fest 2026”nın “Startap və sahibkarlıq” düşərgəsi başa çatıb

“Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Türk dünyasında yeni mərhələnin əsasını qoyur - ŞƏRH

“Politico”nəşri: Almaniya Leypsiq aeroportundakı dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşır

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

Rusiyanın hava hücumu nəticəsində Buça rayonunda ölənlərin sayı 37 nəfərə çatıb

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İqtisadiyyat İnstitutu Lütfi Zadənin elmi irsinə həsr olunmuş beynəlxalq konfransda təmsil olunub

Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir

Zəfər parkında mütaliə və melodiya: Fəal gənclərə kitablar hədiyyə olunub - FOTO

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

Bakı və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Nepalda təbii fəlakət nəticəsində itkin düşən Ukrayna vətəndaşlarının sayı 64 nəfərə çatıb

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

DGK: Külli miqdarda dərman preparatları aşkar edilib

Bu saata olan əsas xəbərlər

Ölkənin bəzi yerlərində şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Fransada inflyasiya 2,4 faizə yüksəlib

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

Bakı və rayonlarda qanunsuz silah-sursat aşkar edilərək götürülüb

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

FHN: Gəncədə yanğın-taktiki təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb edilib VİDEO

FHN: Gəncədə yanğın-taktiki təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb edilib VİDEO

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb VİDEO

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb VİDEO

AAYDA: Qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır

Azərbaycan və Qazaxıstan arasında bir çox sahədə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Azərbaycan Premyer Liqası: III tur iki oyunla start götürür

“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır VİDEO

“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır VİDEO

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Təlim-tərbiyədə müasir yanaşma və çağırışlar - konfrans

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb YENİLƏNİB VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb YENİLƏNİB VİDEO

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

“Sea Breeze” ərazisində Yay İdman Festivalı başa çatıb