SİYASƏT


Azərbaycan və Ukrayna parlamentləri əməkdaşlığı genişləndirirlər

Kiyev, 8 sentyabr, AZƏRTAC

Hazırda Ukrayna Ali Radasının nümayəndə heyətinin Bakıya rəsmi səfəri məsələsi müzakirə edilir. Çünki ölkələrimiz arasında tərəfdaşlığın daha da genişləndirilməsi məsələlərinin müzakirəsi üçün real zəmin mövcuddur. Buraya həm iqtisadi əlaqələr, həm də energetika və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri daxildir. İnfrastruktur layihələrinin, mədəniyyət və təhsil məsələlərinin müzakirəsi ayrıca yer tutur.

Bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux bildirib.

Onun sözlərinə görə, təəssüf ki, koronavirus pandemiyası belə görüşlərin tez-tez keçirilməsinə mənfi təsir göstərir. Lakin bununla belə mühümdür ki, nəzərdə tutulan bütün planlar və danışıqlar həm Kiyev, həm də Bakı üçün aktual olaraq qalmaqdadır.

Valeri Kolyux əlavə edərək deyib: “Buna görə də əməkdaşlığımızı daha da intensivləşdirmək məqsədilə pandemiyaya qarşı fəal və uğurla mübarizə aparmaq dövlətlərimiz üçün çox vacibdir”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.