Azərbaycanın qızlardan ibarət U-19 yığması “Baltic Cup” turnirində iştirak edəcək
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandası Riqada keçiriləcək “Baltic Cup” turnirində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, yığmamız avqustun 21-də Bakı vaxtı ilə saat 13:00-da Litva, avqustun 22-də saat 20:00 Latviya, avqustun 23-də saat 13:00-da isə Estoniya milliləri ilə qarşılaşacaq.
Azərbaycan yığmasının heyətində Günay İsmayılova, Aytac Şərifova, Aysun Əliyeva, Roza Quliyeva, Süsən Mənsimova (“Təhsil”), Lusiya Sançez, Yaiza Relea (“Rayo Vallekano”, İspaniya), Alina Mixaelis (“Ayntraxt”, Almaniya), Diana Məmmədova (“UGİM”, Rusiya), Güləmbər Qasımova (“UGIM”, Qax), Süheyla İltər (“Grun Veis Neukkoln”, Almaniya), Vesela Borukova (“AEM Leida”, İspaniya), Natalya Rodelqo (“Atletiko Madrid”, İspaniya), Manə Mollayeva, Kristina Bakarandze (“Zaqatala”), Malena Ortiz, Samara Ortiz, Nigar Cəlilli (“Kanillas”, İspaniya) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]
Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]