“BDU fotolarda” müsabiqəsi elan edilir
Bakı, 29 iyul, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) 100 illik yubileyi münasibətilə “BDU fotolarda” adlı müsabiqə elan edir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin şərtlərinə görə, fotolar universiteti əks etdirməli, orijinal və məzmunlu, eyni zamanda, aydın və keyfiyyətli olmalıdır. İştirakçılar müsabiqəyə ən çox 3 foto göndərə bilərlər. İnternetdə, saytlarda, kitablarda istifadə edilmiş fotolar müsabiqədə iştirak etməyəcək.
Fotolar sentyabrın 30-dək [email protected] ünvanına “mövzu” yerinə “foto-müsabiqəyə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən fotoşəkillərə baxılmayacaq.
Müsabiqədə I, II, III yeri tutanlara mükafat və diplomlar, fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyə və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [18:27]
İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndə heyəti BDU-da
- 14.09.2026 [18:24]
Yeni dərs ili: “Keçiddə məktəb”
- 14.09.2026 [18:16]
“Şəhərsalma və Memarlıq İli”nə dəyərli töhfə: yeni biblioqrafiya hazırlanıb
- 14.09.2026 [18:09]
Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
- 14.09.2026 [17:23]