ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 25 min 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

Bakı, 3 yanvar, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında ötən il 25 min 832 uşaq məşğələlərə cəlb olunub. Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.