İDMAN


Boksçumuz dünya çempionatında mübarizəni dayandırıb

Boksçumuz dünya çempionatında mübarizəni dayandırıb

Bakı, 25 oktyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü - Ümid Rüstəmov (57 kq) rinqə çıxıb. Otuz ikidəbir final çərçivəsində kubalı Osvel Kaballero Qarsia ilə üz-üzə gələn boksçumuz məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, noyabrın 6-da başa çatacaq dünya çempionatında Azərbaycan komandasının heyətində 9 boksçu mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.