SİYASƏT


Bolqarıstan KİV-ləri Ermənistanın növbəti təxribatları və cəbhədə gedən döyüşlər barədə məlumatlar yayıb

Sofiya, 30 sentyabr, AZƏRTAC

Bolqarıstanın “Fokus” xəbər agentliyi, “Cross” və “Novinita” xəbər portalı, eləcə də “Standard” qəzeti Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını və cəbhədə baş verən gərgin döyüşlər barədə məlumat yayıblar.

AZƏRTAC xəbər verir ki, Bolqarıstan ictimaiyyətinin diqqətinə Azərbaycan Müdafiə Nazirliyinin məlumatları da çatdırılıb. Qeyd olunub ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar verilib. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyməsi barədə bildirilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.