DÜNYA


Bolqarıstanda etirazçılar Regional İnkişaf Nazirliyinə daxil olmaq istəyiblər

Sofiya, 27 yanvar, AZƏRTAC

Sofiyada “Vozrojdeniye” partiyası tərəfindən təşkil olunan etiraz aksiyası zamanı etirazçılar Regional İnkişaf Nazirliyinə daxil olmaq istəyiblər. AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları Pernikdə su təchizatı ilə bağlı problemdə hökuməti günahlandırır və istefasını tələb edirlər. Etirazçıların binaya daxil olmasını polis əngəlləyib. Polislə aksiya iştirakçıları arasında baş verən iğtişaşlar zamanı 40 nəfər xəsarət alıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.