DÜNYA


Çin İran neftini bu ölkənin gəmiləri ilə daşıyacaq

Bakı, 21 avqust, AZƏRTAC

Çin İran neftini bu ölkənin gəmiləri ilə daşıyacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın iqtisadi sanksiyalarının yenidən qüvvəyə mindiyi ərəfədə İran neftinin çinli alıcıları bütün idxalı İran Milli Tanker Şirkətinin (NITC) donanmasındakı gəmilərlə həyata keçirməyə başlayır.

İranın ən böyük neft müştərisi olan Çin ABŞ-ın sanksiyalarına baxmayaraq İran xam neftini almağa davam edəcək. Belə ki, Çinin “Zhuhai Zhenrong Corp” dövlət neft şirkəti və Asiyanın ən böyük neft emalı müəssisəsi “Sinopec Group” öz tədarükçülərini qorumaq məqsədilə İran Milli Neft Şirkəti (NIOC) ilə imzalanan uzunmüddətli müqavilələrdə NITC tərəfindən istismar edilən tankerlərdən istifadəyə icazə verən bəndi tətbiq edəcək.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyaları ilkin mərhələdə avqustun 7-də qüvvəyə minib. İrandan neft idxalını nəzərdə tutan sanksiyalar isə noyabr ayından tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.