ELM VƏ TƏHSİL
“Creative Spark” layihəsi çərçivəsində təlim düşərgəsi
Bakı, 25 aprel, AZƏRTAC
Xəzər Universiteti və Middlesex Universitetinin əməkdaşlığı ilə “British Council”ın “Creative Spark” layihəsi çərçivəsində “Bootcamp” təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva “Creative Spark” layihəsi çərçivəsində keçirilən silsilə tədbirlərin məqsədi və əhəmiyyətindən bəhs edib.
Sonra tələbələr qruplar şəklində öz biznes ideyaları üzərində işləyiblər. Bu müddət ərzində İnkişaf ofisinin layihə rəhbərləri Səbinə Quluyeva və Məhin Cəbrayılova tədqiqat bacarıqları ilə bağlı tələbələrə kömək göstəriblər.
Sonda komandalar öz biznes ideyalarını təqdim ediblər.