Cüdoçumuz Murad Fətiyev Avropa Kubokunda qızıl medal qazanıb
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan cüdoçusu Orenburqda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, qitə turnirində Murad Fətiyev (81 kq) bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə rusiyalı Turpal Terkayevi məğlub edən cüdoçumuz Avropa Kubokunun qalibi olub.
Azərbaycan yığması turnirdə qazandığı bir qızıl medal sayəsində ümumi hesabda beşinci pillədə qərarlaşıb. Birinci yeri Rusiya (10 qızıl, 8 gümüş, 14 bürünc), ikinci yeri Belarus (1 qızıl, 1 gümüş, 1 bürünc), üçüncü yeri isə Fransa (1 qızıl, 1 gümüş) komandası tutub.
İyirmi dörd ölkədən 339 idmançının mübarizə apardığı turnirdə Azərbaycanı 13 cüdoçu təmsil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [22:16]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [21:39]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:36]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [18:38]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:34]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [17:53]