ELM VƏ TƏHSİL


DİM “otk.az” portalına əvvəllər istifadə olunmayan tapşırıqlardan ibarət yeni sınaq imtahanları yerləşdirib

Bakı, 21 dekabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış (qəbul) imtahanlarına hazırlaşan abituriyentlərə və buraxılış sinif şagirdlərinə, həmçinin magistratura, doktorantura və dövlət qulluğuna hazırlaşanlara dəstək məqsədilə mütəmadi olaraq https://otk.az/ portalı vasitəsilə onlayn sınaq imtahanları keçirir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırda portalda Azərbaycan və rus bölmələri üzrə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları və I, II, III, IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi modelinə uyğun əvvəllər istifadə olunmayan tapşırıqlardan ibarət yeni sınaq imtahanları yerləşdirilib.

Bundan əlavə, yaxın vaxtlarda DİM tərəfindən dekabrın 19-da keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı da “otk.az” portalına yerləşdiriləcək.

Bu imtahanların keçirilməsinə daha az vəsait sərf olunduğu üçün iştirak haqqı aşağıdır və adətən 3-5 manat məbləğində müəyyən edilir. Şagird və abituriyentlər sınaq imtahanlarından istifadə etməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər.

Onlayn imtahanların üstünlüklərindən biri də odur ki, imtahan başa çatan kimi iştirakçılar nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər.

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları “otk.az”ın “Təlimatlar” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.