Donald Tramp: ABŞ və Türkiyə əla münasibətlər qura bilərlər
Bakı, 13 oktyabr, AZƏRTAC
Amerikalı keşiş Endryu Bransonun azad olunmasından sonra Birləşmiş Ştatlar və Türkiyə əla münasibətlər qura bilərlər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu şənbə günü Ağ evdə Bransonla görüşdə ABŞ Prezidenti Donald Tramp söyləyib. “Biz indi Türkiyəyə tamamilə başqa cür yanaşırıq. Düşünürəm ki, bizim Türkiyəyə həqiqətən yaxın olmaq şansımız var”, - deyə ABŞ Prezidenti qeyd edib.
Donald Tramp görüşdəki çıxışında keşişin azad olunmasında göstərdiyi köməyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Xatırladaq ki, oktyabrın 12-də Türkiyənin İzmir şəhər məhkəməsi Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu azadlığa buraxıb edib. Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını götürüb. Keşiş elə həmin gün Türkiyəni tərk edib.
Bransonun işi ilə əlaqədar Vaşinqtonla Ankaranın münasibətləri xeyli gərginləşmişdi. ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsumlarını artırmışdı. Ankara isə buna cavab olaraq Amerika istehsalı olan bir sıra məhsulların rüsumunu qaldırmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:02]
Nazir: Son 7 ayda Gürcüstandan Türkiyəyə 866 cinayətkar ekstradisiya edilib
- 02.09.2026 [13:51]
ABŞ-də dizelin qiyməti yenidən kritik səviyyəyə yaxınlaşır
- 02.09.2026 [13:47]
Nazir Uraloğlu: Gəmi 11 dəqiqə ərzində batıb YENİLƏNİB
- 02.09.2026 [13:41]
Gürcüstanda kimyəvi və bioloji təhdidlərə qarşı təlim keçirilib
- 02.09.2026 [13:26]
Girnə limanı bölgəsində batan bərənin qalıqları aşkarlanıb
- 02.09.2026 [13:09]