SİYASƏT


Düşmənin Siyəzənə atdığı ballistik raket dənizə düşüb FOTO VİDEO

Siyəzən, 22 oktyabr, E.Yusifli, AZƏRTAC

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib və cəbhə zonasından xeyli aralıda yerləşən Siyəzən rayonuna da “Skad” ballistik taktiki raket atıb. Raket Xəzər dənizinə düşüb.

Böyük dağıdıcı gücə malik olan bu raketin yaşayış məntəqəsinə hədəflənməsi düşmənin əsl niyyətini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.