DÜNYA


Dzidziquri mədənində şaxtaçılar aksiyanı dayandırıblar

Tbilisi, 3 noyabr, AZƏRTAC

Gürcüstanın Tkibuli bölgəsindəki Dzidziquri mədənində 300 metr dərinlikdə etiraz edən 25-ə yaxın şaxtaçı aksiyanı dayandırıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb mədən rəhbərliyi və Tkibuli meriyasının şaxtaçıların tələblərini yerinə yetirəcəklərinə söz vermələridir.

Bildirilib ki, Tkibulidəki mədənlərdə istehsalat prosesi bərpa olunana qədər şaxtaçıların əmək haqları tam ödəniləcək.

Mədənlərin fəaliyyəti isə dekabr ayından etibarən bərpa olunacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.