SİYASƏT


“Euronews” kanalı Xəzəryanı ölkələrin dövlət başçılarının Aktau Zirvə toplantısı haqqında süjet yayımlayıb

Bakı, 13 avqust, AZƏRTAC

Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Zirvə toplantısı xarici mediada işıqlandırılmaqda davam edir. Bu dəfə “Euronews” telekanalı toplantı haqqında geniş süjet yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Xəzəryanı dövlətlərin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısı “Euronews” kanalında yayımlanıb.

Süjetdə qeyd olunur ki, Qazaxıstanda Xəzəryanı dövlətlərin Zirvə toplantısı tarixi sənədin – Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması ilə başa çatıb. Sənədi beş dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri imzalayıb.

Konvensiya üzərində işlər 20 ildən çox vaxt aparıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sənədi Xəzər dənizinin konstitusiyası adlandırıb. Sənədə əsasən Xəzər dənizinin su səthinin əsas sahəsi tərəflərin ümumi istifadəsində qalacaq, Xəzərin dibi isə ikitərəfli razılaşmalar əsasında, beynəlxalq hüquqa riayət olunmaqla qonşu dövlətlər arasında bölüşdürüləcək.

Konvensiyada gəmiçilik, balıqçılıq, elmi araşdırmalar və magistral kəmərlərin çəkilməsinə dair məsələlər öz əksini tapıb. Genişmiqyaslı dəniz layihələrinin reallaşdırılması zamanı ekoloji amil mütləq nəzərə alınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.