CƏMİYYƏT


FHN: Qarqarçayda suyun səviyyəsinin artması nəticəsində köməksiz qalan şəxslər xilas edilib

Bakı, 21 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – “qaynar” telefon xəttinə daxil olan məlumatda Qarqarçay çayında suyun səviyyəsinin kəskin artması nəticəsində çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində iki nəfərin (çoban) və təxminən 500 baş xırdabuynuzlunun köməksiz vəziyyətdə qaldığı bildirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində həmin iki nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.