İDMAN


Güləşçilərimizdən Ülvi Qənizadə Avropa çempionatında qızıl medal uğrunda yarışacaq

Bakı, 31 iyul, AZƏRTAC

Romada güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kiloqram çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə (72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançıları olub.

Gərgin və maraqlı keçən qarşılaşmada rəqibini üstələyən Ü.Qənizadə finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.

Yarımfinalda uduzan Məhəmmədəli Həsənov isə bürünc medal uğrunda görüşə haqq qazanıb.

Final görüşləri avqustun 1-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.