Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkim-mütəxəssis: Diş əti xəstəlikləri COVID-19 infeksiyasının fəsadlarını ağırlaşdıra bilər

Həkim-mütəxəssis: Diş əti xəstəlikləri COVID-19 infeksiyasının fəsadlarını ağırlaşdıra bilər

Bakı, 10 noyabr, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) dosenti Cavid Əhmədbəyli diş əti xəstəlikləri, onun profilaktıkası, müalicə yolları, həmçinin belə xəstəliklərin yeni növ koronavirus (COVID-19) infeksiyasının fəsadlarının ağırlaşmasına səbəb ola biləcəyi barədə danışıb. AZƏRTAC həkim-mütəxəssislə müsahibəni təqdim edir.

- Diş əti xəstəlikləri hansılardır?

- Gingivit, parodontit və peri-implantit dünyada yüz milyonlarla insana təsir edən qeyri-yoluxucu xroniki iltihabi diş əti xəstəlikləridir. Yayılma intensivliyinə görə dünyada 6-cı yeri tutur və 800 milyona yaxın insan (dünya əhalisinin təxminən 10 faizi, yaşı 35-dən çox olan insanların 80 faizi) bu xəstəlikdən əziyyət çəkir. Müalicə edilmədiyi halda dişlərin və implantların itkisinə səbəb olur, bu da insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünə inamın azalması və həyat keyfiyyətinin aşağı düşməsi deməkdir. Baxmayaraq ki, diş əti xəstəlikləri ilə şəkərli diabet, ürək-damar xəstəlikləri, xroniki böyrək çatışmazlığı, revmatoid artrit, Alsheymer xəstəliyi, xərçəngin bəzi növləri, hamiləlik ağırlaşmaları və hətta COVID-19-un fəsadlarının ağırlaşmasına səbəb ola biləcəyi təsdiq edən müxtəlif elmi tədqiqatlar mövcuddur. Diş əti xəstəliyi ictimaiyyət tərəfindən hələ də az tanınır.

- Hamiləliyin diş əti sağlamlığına təsiri nədir?

- Qadın orqanizmində hamiləlik zamanı müxtəlif dərəcəli hormonal və psixoloji dəyişikliklər baş verir. Estrogen və progesteron kimi hormonların səviyyəsinin artması diş əti toxumalarında damar keçiriciliyini əhəmiyyətli dərəcədə artıraraq, əsas əlamətləri şişmiş və qanayan diş əti olan gingivit və parodontit kimi ciddi diş əti xəstəliklərinə səbəb ola bilir. Bu zədələnmələr adətən hamiləlik bitdikdən sonra aradan qalxır. Xüsusən, hamiləlik dövründən öncə müalicə olunmamış parodontiti olan qadınlarda klinik vəziyyətin daha da pisləşməsi ehtimal olunur.

- Diş əti xəstəlikləri hamilə qadınlara zərər verə bilərmi?

- Müalicə olunmamış diş əti xəstəlikləri olan hamilə qadınlar preeklampsiya (hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi), vaxtından əvvəl (37-ci həftədən əvvəl) doğuş və normadan az çəkidə uşağın dünyaya gəlməsi kimi risklərə məruz qalır. Bu nəticələrin bəziləri eyni vaxtda baş verə bilər.

- Diş əti xəstəliklərinin qarşısı necə alınmalıdır?

- Hamiləlik sırasında diş əti xəstəliklərinin qarşısının alınması üçün mütəmadi olaraq gündə iki dəfə dişlərin və diş ətinin yumşaq fırça ilə fırçalanması, dişlərarası fırça/diş ipinin istifadə olunması ilə ağız boşluğunun yüksək səviyyəli gigiyenasının təmin olunması tövsiyə olunur. Həkim-parodontoloq tərəfindən ağız boşluğunun periodik müayinəsi və diş əti müalicəsi hər 4 ayda bir tətbiq olunmalıdır.

- Müayinə və müalicə sırasında istifadə edilən anesteziya və dərmanların ana və körpəyə təsiri necədir?

- Hamiləlik dövründə, xüsusən də 2-ci və 3-cü trimestrlərdə, qadınlarda dişlərin rentgenoloji müayinəsi və yerli anesteziyanın istifadəsi ana və döl üçün hər hansı bir əlavə risk yaratmadan həyata keçirilə bilər. Bu dövrdə ağrıkəsicilərdən və sistem antibiotiklərindən istifadə əsasən təhlükəsizdir. Lakin bir qrup antibiotiklər heç bir halda istifadə olunmamalıdır.

- Hamiləlik sırasında diş əti xəstəliklərinin müalicəsi təhlükəsizdirmi?

- Analar bilməlidirlər ki, dişləri və implantları dəstəkləyən toxumaların sağlamlığının təmin olunması üçün hamiləlik sırasında diş əti müalicəsinin aparılması faydalıdır və ümumi sağlamlıq üçün hər hansı təhlükə yaratmır. Müalicənin hamiləliyin ikinci trimestrdə tətbiq olunması daha təhlükəsizdir, lakin birinci trimestrdə aparılması arzu olunmazdır.

- Mama-ginekoloqlara tövsiyələriniz nədir?

- Qadınlarda ağız boşluğu müayinəsi mütəmadi müayinələr siyahısına daxil edilməlidir, hamiləlik zamanı diş əti xəstəliklərinin mümkün riskləri və bu xəstəliklərin müalicəsinin bu risklərin aradan qaldırılmasına müsbət təsiri barədə qadınlara ətraflı məlumat verilməlidir. Müayinə sırasında diş əti nahiyəsində qanamaların, xoşagəlməz qoxu, iltihab kimi əlamətlərin qiymətləndirilməsi üçün xəstənin ağzını açmasını xahiş etməli və birbaşa işıq altında ağız boşluğunun vəziyyətini yoxlamalıdırlar. Bu əlamətlərdən hər hansı birinə rast gəlinərsə mövcud diş əti xəstəliklərinin diaqnozu və müalicənin təyin edilməsi üçün xəstə həkim-parodontoloqa yönləndirilməlidir. Həmçinin hamiləliyin gedişinə və diş əti sağlamlığına, siqaret istifadəsi və şəkərli diabet kimi, mənfi təsir edən risk amillər tənzimlənməlidir və sağlam həyat tərzinə üstünlük verilməsi təbliğ olunmalıdır.

- Analara tövsiyələriniz nədir? Hamiləlikdən əvvəl hansı tədbirlər görülməlidir?

- Hamiləlikdən əvvəl qadınlarda ağız boşluğu müayinəsi mütləq aparılmalıdır. Dişlər və implantlar ətrafında hər hansı xəstəlik əlamətləri olduqda müalicə tətbiq olunmalıdır. Hamiləlik dövründə ağız boşluğu sağlamlığının təmin olunması məqsədilə gün ərzində istifadəsi tövsiyə olunan fərdi gigiyena vasitələri haqqında ətraflı məlumat və təlim verilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olub

Türk dünyasının strateji subyektliyi: gücün yeni institusional məntiqi - ŞƏRH

AFFA və PFF arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB

Yaxın Şərqdə nüvə obyektlərinə təminat tədbirlərinin tətbiqi ilə bağlı qətnamə qəbul edilib

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib

PFL Azərbaycan Kubokuna sponsorluqla bağlı bir neçə şirkətlə danışıqlar aparır

Bakı türk dövlətləri arasında strateji məsləhətləşmələr üçün mühüm ünvana çevrilib - ŞƏRH

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına Göygöldə hazırlaşacaqlar

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub

Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib

Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb

İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb

Azərbaycan geosiyasəti və Türk-İslam birliyinin yeni modeli - ŞƏRH

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

Cəfər Qarayev: Əsas hədəfimiz beynəlxalq təmasları uzunmüddətli əməkdaşlığa çevirməkdir

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır - ŞƏRH

Sabitlik artıq dəbdən düşüb – TƏHLİL

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar

Ekologiya və təbii sərvətlər naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycandan Bolqarıstana və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub

Şagirdlər ev tapşırıqlarında süni intellektdən istifadə etməlidirlərmi?

Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir

Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb

EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub

Azərbaycan millisinin futbolçusu Almaniyada komandasını dəyişib

Sabah hava əsasən yağmursuz keçəcək

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək

Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib

İlhamə Qədimova: Fermerlərin 75 faizi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə cəlb edilib

BMT-nin nümayəndəsi: Yəməndə döyüşlər humanitar yardımların çatdırılmasına təsir göstərir

FIFA Qavinin cəzasını qüvvədə saxlayıb

Romada Azərbaycan Milli Musiqi Günü qeyd olunub

Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır

Könül Nəsirova: Milli Musiqi Günü zəngin sənət irsimizə və milli dəyərlərə ehtiramın rəmzidir

Ekspert: Yeni lokomotivlər Azərbaycanın tranzit potensialının artırılmasına mühüm töhfə verəcək

AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək

Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün oktyabrın 2-si imtahan təşkil olunacaq

Mikayıl Mərdinli: Bakı və Abşeronun ruhu Maqsud İbrahimbəyovun əsərlərində cəmləşib

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib

Rəqəmsal dövrdə uşaqların mütaliə problemi və süni intellektin təsirləri: çıxış yolu nədir?

XXI əsrin müəllimi dövrün tələblərinə uyğunlaşmalı və müasir texnologiyaları bilməlidir - ekspert

AMEA əməkdaşlarının “Web of Science” və “Scopus” jurnallarında çap olunan məqalələrinin sayı artıb

Postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 min 300 mənzil verilib

“Qərbi Azərbaycan toponimləri lüğəti”nin II cildi işıq üzü görüb

Muxtar respublikada 24 min 608 aktiv fiziki sahibkarın 6981-i qadındır

İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO VİDEO

İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO VİDEO

Azərbaycan türk dövlətləri arasında koordinasiya mərkəzinə çevrilib - ŞƏRH

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda təmsil olunub

Sarıyoxuş 4 nömrəli kurqanda aparılan arxeoloji tədqiqatlar beynəlxalq mediada

Naxçıvanda qadın sahibkarların sayı açıqlandı

İsmayıl İman: Tamaşanın hər epizodunda Maqsud İbrahimbəyovun tanınan obrazını qorumağa çalışdım

Bu saata olan əsas xəbərlər

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır ŞƏRH

Səbuhi Əhmədov: Cəfərqulu xanın silah kolleksiyası “pazl” prinsipi ilə qurulub

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Hörmüz boğazında gəmi vurulub

NBA-da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib

Nazir müavini: Yeni qanun layihəsi istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm addımdır

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər

Milli Musiqi Gününün növbəti ünvanı Azərbaycan Milli Konservatoriyası olub

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb VİDEO

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb VİDEO

Təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətlərinə dövlət nəzarəti mexanizmləri izah edilib

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb

Seulda Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verilib

İçərişəhərdə Maqsud İbrahimbəyovun əsərlərinin motivləri əsasında immersiv tamaşa təqdim olunub

“Qarabağın və Şərqi Zəngəzurun toponimlərinin izahlı lüğəti”nin I cildi nəşr olunub

Kimya İnstitutunun alimlərindən yeni texnoloji layihələr

Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

Azərbaycanda turizmin inkişafı ilə bağlı AMEA-nın Tədbirlər Planı hazırlanacaq

Azərbaycan Milli Xalça Muzeyinin direktoru beynəlxalq konfransda çıxış edib

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Azərbaycan musiqisi tarixdən gələn möhtəşəm səs

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

Deputat: Heç kəsə tarixi və mədəni irsimizi mənimsəməyə imkan verməyəcəyik

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Timur Abılayev: Azərbaycanla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Qırğızıstan üçün prioritet məsələlərdən biridir - ŞƏRH

Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir

Almaniyada dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət not məcmuəsi nəşr olunub

Taksi sürücüləri üçün imtahanda 1398 nəfər müsabiqə şərtini ödəyib

KOBİA: Sahibkarlar 23 fəaliyyət növü üzrə lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

Azərbaycanın həvəskar idmançıları açıq suda üzgüçülük tarixində iz qoyublar

Kimya İnstitutunun alimləri Azərbaycan-Özbəkistan birgə müsabiqəsində qalib olublar

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib

Azərbaycan cəmiyyəti tarixi yaddaşına, mənəvi dəyərlərinə, ailə ənənələrinə bağlıdır - ŞƏRH

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb

® “Araz” supermarketlərdə innovativ yenilik: Ovuc ilə ödənişlər başlayıb