İDMAN


İkardi “İnter” rəhbərliyindən məvacibinin artırılmasını tələb edib

Bakı, 21 yanvar, AZƏRTAC

İtaliyanın “İnter” futbol komandasının hücumçusu Mauro İkardi klub rəhbərliyindən məvacibinin artırılmasını tələb edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 25 yaşlı hücumçu ilə 7,5 milyon avro maaş istəyir. Milan təmsilçisi argentinalı hücumçuya ilə 6 milyon avro maaş təklif etməyə hazırdır. İkardi isə əlavə gəlirlər istisna olmaqla, ildə 7,5 milyon avro qazanmaq niyyətindədir. Belə bir əmək haqqı ilə İkardi “Yuventus”un hücumçusu Kriştianu Ronaldudan sonra İtaliya çempionatında ikinci ən yüksək ödənişli futbolçu olacaq. Hücumçunun “İnter” klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.

Argentinalı futbolçu cari mövsümdə “İnter”in heyətində keçirdiyi 24 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.