İDMAN


İrina Kindzerska Olimpiya Oyunlarında medal qazanan ilk qadın cüdoçumuzdur

Bakı, 30 iyul, AZƏRTAC

Tokio Olimpiadasının səkkizinci günündə - iyulun 30-da bürünc medal qazanan Azərbaycan cüdoçusu İrina Kindzerska bununla tarixi nailiyyətə imza atıb.

AZƏRTAC xəbər verir ki, 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı Azərbaycanın Yay Olimpiya Oyunlarında medal qazanan ilk qadın cüdoçusu olub. Bunadək Azərbaycanın heç bir qadın cüdoçusu olimpiadalarda medal qazana bilməyib.

Bu, həm də yığmamızın Yaponiya paytaxtındakı ilk uğurudur.

Ümumilikdə cüdo yığmamızın Olimpiya Oyunlarında qazandığı medalların sayı 5-ə çatıb. İ.Kindzerskaya qədər 4 kişi cüdoçu fəxri kürsüyə qalxıb. “Pekin-2008”də Elnur Məmmədli (73 kq) qızıl, Mövlud Mirəliyev (100 kq) bürünc medallar qazanıblar. “Rio-2016”da isə Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yalnız finalda uduzaraq gümüş medallara sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.