Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğal siyasətinin ilk qurbanı - Bağanis-Ayrım soyqırımından 33 il ötür

İşğal siyasətinin ilk qurbanı - Bağanis-Ayrım soyqırımından 33 il ötür

Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışdadır

Bakı, 24 mart, AZƏRTAC

Azərbaycan Respublikasının vətəndaşlarına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 2003-cü il dekabrın 18-də Baş Prokurorun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik öz təşəbbüsü ilə Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə, Hərbi Prokurorluğa tapşırılıb. Cinayət işi Respublika Hərbi Prokurorluğunda icraata götürüldükdən sonra yeni istintaq-əməliyyat planı tərtib olunub, işin ibtidai araşdırması əvvəlki illərdən fərqli olaraq, cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəllənin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.

Bildirilib ki, cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, araşdırılmalı olan xüsusatların çoxluğu, eyni zamanda, cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq, araşdırmanın səmərəliliyini və operativliyini təmin etmək məqsədilə iş üzrə 5 əsas istiqamət - Azərbaycan xalqına qarşı soyqırımı; əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə; terror; dövlətə və vətəndaşlara vurulmuş ziyan; müasir dövrdə milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlər müəyyənləşdirilib.

Hərbi prokurorun böyük köməkçisi qeyd edib ki, həmin istiqamətlər üzrə cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyənləşdirilməsi, sübutların toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilib.

“İstintaq materialları ilə Bağanis-Ayrım soyqırımı epizodu üzrə sübuta yetirilib ki, 1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmək, eləcə də beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyən edilmiş əsaslar olmadan kənd sakinlərini daimi yaşayış yerlərindən didərgin salmaqla onları qovmaq, azərbaycanlı əhaliyə, onların evlərinə, idarə müəssisə və təşkilatlara basqınlar etmək və azərbaycanlılara qarşı digər cinayətlər törətmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum edərək müxtəlif istiqamətlərdən çeşidli hərbi texnika, döyüş və xüsusi təyinatlı nəqliyyat vasitələrlə kəndə daxil olaraq iriçaplı odlu silahlardan, pulemyotlardan, avtomatlardan, qumbaraatanlardan intensiv atəşlər açmaqla əhalini, yəni dinc kənd sakinlərini küçələrdə və öz evlərində atəşə tutub”, - deyə Firad Əliyev vurğulayıb.

O əlavə edib ki, nəticədə məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla qətlə yetirilib, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni zamanda 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar.

Məlumat verilib ki, cinayət işinin istintaqı zamanı konkret olaraq Bağanis-Ayrım soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslərin barəsində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda bu istiqamətdə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bağanıs Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün Qazaxın yeddi kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır. 1990-cı ilin martında Bağanıs Ayrımda törədilən qətliam erməni silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda daha geniş miqyasda təkrarlandı.

Xatırladaq ki, ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasətin sayəsində artıq dünya əhalisinin böyük hissəsi tarix boyu xalqımızın başına gətirilən müsibətlər, o cümlədən soyqırımılar, deportasiyalar, terrorlar, repressiyalar və sair barədə səhih və ətraflı məlumatlara malikdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə önəmli işlər görülüb. Soyqırımı həqiqətlərinə dair tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni milli maraqlarımıza uyğun münasibət bildirilməsi, bununla əlaqədar respublikamızda və ölkəmizdən kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, o cümlədən bu sahədəki misilsiz fəaliyyətinin təcəssümüdür. Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən böyük işlər də mühüm əhəmiyyət kəsb etməkdədir. Həmçinin Ermənistan silahlı qüvvələrinin Bağanıs Ayrım kəndində törətdiyi soyqırımın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə bu faciədə həlak olmuş şəxslərin xatirəsi əbədiləşdirilib, abidə kompleksi ucaldılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Norveçin həmkarlar ittifaqları Konstitusiya Günü etiraz aksiyaları keçirməklə hədələyirlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Qazaxıstan müdafiə-sənaye kompleksi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır

Elçin Əfəndiyevin “Sənətkarın taleyi” tamaşası nümayiş olunub

Türkiyənin İğdır və Qars vilayətlərində Naxçıvanın investisiya və ixrac imkanları tanıdılıb

Donald Tramp: Si Cinpin İrana silah göndərməyəcəyinə zəmanət verib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin mükafatçısı olub

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında gümüş medal qazanıb

ADNSU-da keçirilən 17-ci karyera sərgisində 70-dən çox şirkət iştirak edib

Kiyevdə ən azı 20 nəfər hələ də itkin düşmüş hesab olunur

Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Baş katib: “AGF Trophy” turniri gənc gimnastlarımızın püxtələşməsi üçün vacibdir VİDEO

Baş katib: “AGF Trophy” turniri gənc gimnastlarımızın püxtələşməsi üçün vacibdir VİDEO

“Xarıbülbül” festivalı davam edir: Cıdır düzündə gənc istedadlar səhnədə VİDEO

“Xarıbülbül” festivalı davam edir: Cıdır düzündə gənc istedadlar səhnədə VİDEO

Tramp: Si Cinpin İranla razılaşmanın əldə olunmasını istəyir

WUF13-də OECD-nin “Local Data Portal” platformasının yeni versiyası təqdim ediləcək - Açıqlama

İdman gimnastikası üzrə “AGF Trophy” turnirinin ilk günü başa çatıb VİDEO

İdman gimnastikası üzrə “AGF Trophy” turnirinin ilk günü başa çatıb VİDEO

XRİTDX Avstriyada beynəlxalq konfransda: Nüvə infrastrukturlarında kibertəhlükəsizlik riskləri nəzərdən keçirilib

Milli Observatoriya 60 mindən çox iş elanının təhlilini aparıb

Astanada türkdilli ölkələrin şahmat çempionatına start verilib

Karlos Moreno: Qarabağın bərpası münaqişə yaşamış ölkələr üçün yeni bir modeldir - MÜSAHİBƏ

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

Qazaxıstan və Türkiyə “ANKA” pilotsuz uçuş aparatları istehsal edəcək birgə müəssisə yaradacaq

İran və Ukraynadakı müharibələr son illərdə neft hasilatına ən ciddi zərbə vurub

Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Mingəçevirli rəssam-keramist: Emalatxanamızda həm gil yoğurulur, həm də arzular sənətə çevrilir

Ekspert: Yaxın gələcəkdə Azərbaycanda AI savadlılığı xarici dil bilikləri qədər vacib hesab olunacaq

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Şəhərin səsi” tədbiri keçiriləcək

Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir - YENİLƏNİB VİDEO

Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir - YENİLƏNİB VİDEO

WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək

“Azərkosmos” rəsmisi: Kosmik startapların inkişafı Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının əsas istiqamətlərindəndir

Qırmızı Bazarda əkin sahələrinin istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanılır

Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş

Ziya Göyalp -150: fikirləri, irsi və Türk dünyası

Marko Rubio: Tramp İran məsələsini müzakirə edib, lakin Çindən kömək istəməyib

Türkmənistan Məclisinin sədri: Qarşılılıqlı səfərlər və sıx təmaslar münasibətlərimizin daha da dərinləşməsinə töhfə verir

Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri MEK-də olublar

Cənubi Qafqazın siyasi gündəmini artıq regional aktorlar müəyyənləşdirir - TƏHLİL

Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir

Müasir dövrün aktual şəhərsalma modelləri - yaz məktəbi

DSMF-nin əməkdaşları “Süni zəkaya hazırlıq” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Gədəbəydə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

XVI əsrdə dinlərarası dialoq və dini vəhdət təcrübəsi: “Din-i İlahi”

Böyük Britaniyanın səhiyyə naziri istefa verib

“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək

İstixanalarda və meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir

“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb

Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

Vüqar Gülməmmədov Rusiyada forumda dövlət auditi sahəsində rəqəmsal inkişaf perspektivləri barədə danışıb

Azərbaycan beynəlxalq hüququ bərpa etdi, ATƏT-in Minsk qrupu isə tarixin uğursuz missiyasına çevrildi - ŞƏRH

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 40 faizədək artıb

Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara və Azərbaycanın dostlarına çağırış

“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türkiyə Mərkəzi Bankı regiondakı gərginlik fonunda inflyasiya proqnozunu yüksəldib

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

Tokayev Türkiyə şirkətlərini Kurık və Aktau limanlarında layihələrdə iştiraka çağırıb

İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb

Fövqəladə Hallar Nazirliyində WUF13 ilə əlaqədar dəyirmi masa VİDEO

Fövqəladə Hallar Nazirliyində WUF13 ilə əlaqədar dəyirmi masa VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Cənubi Afrika portalı Azərbaycanın WUF13-ə ev sahibliyi etməsindən yazıb

Qərbi Azərbaycan İcmasında kitab təqdimatı

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 VİDEO

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 VİDEO

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans YENİLƏNİB

Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur

Fuad Aslanov: “Milli Kosmik İnkubasiya” proqramı ideyaların real həllərə çevrilməsi üçün platformadır

Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

® “Azercell” fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

İsgəndər Sərdarlı: Mirzə Qədim İrəvani irsi müasir dünyaya yeni baxış gətirir

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

Mərkəzi Bank 3 elektron pul təşkilatının lisenziyalarını ləğv edib

Rəqəmsal ödənişlər və onlayn kreditlərdə vətəndaşların hüquqlarını mövcud qanunlar təmin edirmi? VİDEO

Rəqəmsal ödənişlər və onlayn kreditlərdə vətəndaşların hüquqlarını mövcud qanunlar təmin edirmi? VİDEO

“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

"EFES - 2026” təlimi davam edir

“Real Madrid”də növbədənkənar prezident seçkiləri keçiriləcək

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

Lisenziya pozuntularına görə kim cəzalanır – həkim, yoxsa klinika?

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

Dövlət Agentliyinin nümayəndəsi: İqlim dəyişiklikləri tikinti təhlükəsizliyinə birbaşa təsir göstərir

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır VİDEO

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır VİDEO

Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir

Türküstanda TDT Zirvə görüşü: Türk birliyi - XXI əsrin strateji layihəsi

Büdcə təşkilatlarında kağız blanklar elektronlaşdırılır

Cəmil Xudiyev: Müasir şəhərlərdə yanğın təhlükəsizliyinin təmin edilməsində layihələndirmə mərhələsi həlledici rol oynayır

Rəis müavini: Gələcəyin şəhərləri təhlükəsiz, dayanıqlı, ekoloji cəhətdən balanslı və fövqəladə hallara davamlı olmalıdır

Aleksandr Vatən: Əhmədiyyə Cəbrayılovun döyüş xatirələrini cəbhə yoldaşının dediklərinə istinadən yazdım

Avstriyalı mütəxəssislər Möminə Xatun türbəsinin bərpası işlərində iştirak etmək üçün Naxçıvana gəliblər VİDEO

Avstriyalı mütəxəssislər Möminə Xatun türbəsinin bərpası işlərində iştirak etmək üçün Naxçıvana gəliblər VİDEO

Prezident ömrünün foto salnaməçisi

® “Express Business” tətbiqində yenilik!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin adı dəyişib

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşısı adına namizədlər açıqlanıb