İDMAN


Konor Makqreqor Həbib Nurməhəmmədovla Rusiyada döyüşmək istəyir

Bakı, 21 yanvar, AZƏRTAC 

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt qarışıq döyüş növləri (MMA) üzrə idmançı Konor Makqreqorun planları haqqında danışıb.

AZƏRTAC “Gazeta.ru”ya istinadla xəbər verir ki, irlandiyalı döyüşçü təşkilatın rəhbərinə UFC-nin yüngül çəkidə hazırkı çempionu Həbib Nurməhəmmədovla Rusiyada döyüşməyə hazır olduğunu vurğulayıb.

“Konor ən yaxşı boksçularla mübarizə aparmağa hazırdır. O, mənə Həbiblə Rusiyada döyüşmək istədiyini bildirib”, - deyə UFC-nin rəhbəri qeyd edib.

Bundan əvvəl Makqreqor amerikalı Donald Serroneyə qarşı döyüşməyə də hazır olduğunu bildirmişdi. Donald Serrone Bruklində keçirilən “UFC Fight Night 143” turnirində texniki nokautla rəqibini məğlub etdikdən sonra irlandiyalı MMA döyüşçüsü ilə mübarizə aparmaq istədiyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.